PASHA Property Management

Aqronom

Bu gün

14

Təsvir

PAŞA Property Management “Aqronom” vakansiyası üzrə işə qəbul elan edir.

Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz öyrənməyə meyilli, pozitiv düşüncəli, işinə yaradıcı yanaşan və motivasiyalı əməkdaşlar axtarırıq.


  • Layihələr üzrə bitkilərin sağlamlıq vəziyyətini mütəmadi yoxlamaq və qiymətləndirmək;
  • Bitki xəstəliklərini, zərərvericiləri, torpaq və suvarma ilə bağlı problemləri müəyyən etmək və müvafiq həllər təklif etmək;
  • Suvarma, gübrələmə, budama, bitki mühafizəsi və digər aqrotexniki işlərə texniki nəzarət etmək;
  • Landşaft, peyzaj və bitkiləndirmə layihələrini, bitki siyahılarını və texniki detalları oxumaq və şərh etmək;
  • Layihələrdə nəzərdə tutulmuş bitki növlərini və tətbiq detallarını düzgün müəyyənləşdirmək;
  • Peyzaj layihələrində nəzərdə tutulan həllərin sahədə düzgün tətbiq olunmasına nəzarət etmək;
  • Layihə ilə faktiki sahə vəziyyəti arasındakı uyğunsuzluqları müəyyən etmək və rəhbərliyə məlumat vermək;
  • Sahədə həyata keçirilən işlərin keyfiyyətinə və layihəyə uyğunluğuna nəzarət etmək;
  • Bağbanlar, Team Leader-lər və digər sahə əməkdaşları ilə koordinasiyalı işləmək;
  • Aşkar edilmiş problemlər üzrə praktiki və texniki həllər təklif etmək;
  • Gündəlik və dövri sahə yoxlamalarının nəticələri üzrə hesabatlar hazırlamaq;
  • Müxtəlif VAS layihələrinə müntəzəm sahə səfərlərində iştirak etmək;
  • Müştərilər, layihə komandası, rəhbərlik və sahə əməkdaşları ilə peşəkar və effektiv ünsiyyət qurmaq;
  • İşlərin təsdiq edilmiş standartlara, texniki tələblərə və şirkət prosedurlarına uyğun həyata keçirilməsinə nəzarət etmək;
  • Rəhbər tərəfindən tapşırılan digər müvafiq işləri yerinə yetirmək.

Tələblər

  • Landşaft və peyzaj sahəsində praktiki bilik və ya iş təcrübəsi;
  • Peyzaj və bitkiləndirmə layihələrini oxumaq və şərh etmək bacarığı;
  • Bitkilərin tanınması və onların aqrotexniki tələbləri haqqında yaxşı bilik;
  • Torpaq, gübrələmə, suvarma, bitki xəstəlikləri və zərərvericilər üzrə praktiki bilik;
  • MS Office proqramlarından istifadə bacarığı;
  • AutoCAD və digər layihələndirmə proqramları üzrə bilik üstünlükdür;
  • Güclü yazılı və şifahi ünsiyyət bacarığı;
  • Müştəri və sahə komandaları ilə effektiv kommunikasiya qurmaq bacarığı;
  • Komandada işləmək və iş proseslərini koordinasiya etmək bacarığı;
  • Analitik düşüncə və problem həll etmə bacarığı;
  • Sahə şəraitində operativ qərar qəbul etmək bacarığı;
  • Məsuliyyətli, intizamlı və nəticəyönümlü iş prinsipi;
  • Şəhər daxilində yerləşən müxtəlif layihələrə səfər etmək imkanının olması.

Vakansiya haqqında

Son tarix

October 14, 2026

Paylaşılıb

sentyabr 14, 2026

Vakansiya növü

Tam ştat

Vəzifə dərəcəsi

Supervayzer

Kateqoriya

Digər