PAŞA Property Management şirkəti İnsan Resursları Biznes Tərəfdaşlıq üzrə təcrübə proqramını elan edir. Əgər sən də uğurlu təcrübəçilərdən biri olmaq istəyirsənsə, müraciət et!
Proqram çərçivəsində nələr əldə edəcəksən?
- Təcrübəli mentorların dəstəyi;
- Real layihələr üzərində iş;
- Təcrübə proqramını uğurla tamamlayan iştirakçılar şirkətdə aktiv vakansiyalar üzrə dəyərləndirilə bilərlər.
Vəzifə öhdəlikləri:
- İR Biznes Tərəfdaşlıq komandasına gündəlik əməliyyat işlərində dəstək göstərmək;
- Namizədlərlə əlaqə və müsahibə cədvəlinin təşkilində iştirak etmək;
- İşə qəbul platforması (Glorri) və namizəd bazası üzrə məlumatların aktual saxlanılmasına dəstək vermək;
- Kadr sənədlərinin (şəxsi işlər, ərizələr, əmr layihələri) hazırlanması, skan edilməsi və arxivləşdirilməsində iştirak etmək;
- Vəzifə təlimatlarının, təşkilati strukturların və HR prosedurlarının hazırlanması və formatlanmasına dəstək olmaq;
- İR hesabatları üçün məlumatların Excel-də toplanması, yenilənməsi və sadə analizlərin hazırlanmasında iştirak etmək.