PASHA Property Management
Ana səhifə
/
/
/
İnsan Resursları Biznes Tərəfdaşlıq üzrə təcrübə proqramı

İnsan Resursları Biznes Tərəfdaşlıq üzrə təcrübə proqramı

Bu gün

6

Təsvir

PAŞA Property Management şirkəti İnsan Resursları Biznes Tərəfdaşlıq üzrə təcrübə proqramını elan edir. Əgər sən də uğurlu təcrübəçilərdən biri olmaq istəyirsənsə, müraciət et!


Proqram çərçivəsində nələr əldə edəcəksən?

  • Təcrübəli mentorların dəstəyi;
  • Real layihələr üzərində iş;
  • Təcrübə proqramını uğurla tamamlayan iştirakçılar şirkətdə aktiv vakansiyalar üzrə dəyərləndirilə bilərlər.


Vəzifə öhdəlikləri:

  • İR Biznes Tərəfdaşlıq komandasına gündəlik əməliyyat işlərində dəstək göstərmək;
  • Namizədlərlə əlaqə və müsahibə cədvəlinin təşkilində iştirak etmək;
  • İşə qəbul platforması (Glorri) və namizəd bazası üzrə məlumatların aktual saxlanılmasına dəstək vermək;
  • Kadr sənədlərinin (şəxsi işlər, ərizələr, əmr layihələri) hazırlanması, skan edilməsi və arxivləşdirilməsində iştirak etmək;
  • Vəzifə təlimatlarının, təşkilati strukturların və HR prosedurlarının hazırlanması və formatlanmasına dəstək olmaq;
  • İR hesabatları üçün məlumatların Excel-də toplanması, yenilənməsi və sadə analizlərin hazırlanmasında iştirak etmək.


Tələblər

  • İnsan resursları, biznesin idarə edilməsi, psixologiya, iqtisadiyyat və ya əlaqədar ixtisas üzrə ali təhsil (son kurs tələbəsi və ya 2025 və ya 2026-cı il məzunu);
  • MS Office proqramlarından, xüsusilə Excel və PowerPoint-dən istifadə bacarığının olması;
  • Azərbaycan dilini sərbəst bilməsi; ingilis dili üzrə yaxşı biliklərin olması, rus dili biliyi üstünlükdür;
  • Yazılı və şifahi kommunikasiya bacarığının olması.

Vakansiya haqqında

Son tarix

August 11, 2026

Paylaşılıb

iyul 31, 2026

Vakansiya növü

Təcrübə

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə