PASHA Property Management
Ana səhifə
/
/
/
İnsan Resursları (data analitika) sahəsi üzrə təcrübə proqramı

İnsan Resursları (data analitika) sahəsi üzrə təcrübə proqramı

11-02-2026

2.8K

Təsvir

PAŞA Property Management şirkəti İnsan Resursları (data analitika) sahəsi üzrə təcrübə proqramını elan edir. Əgər sən də uğurlu təcrübəçilərdən biri olmaq istəyirsənsə müraciət imkanını qaçırma!


· İR məlumatlarını (işçi sayı, davamiyyət, işə qəbul və s.) toplamaq və yeniləmək;

· MS Excel-də sadə cədvəl və hesabatlar hazırlamaq;

· Əsas İR göstəricilərini izləmək və nəticələri paylaşmaq;

· Məlumatlarda səhvləri yoxlamaq və düzəltmək;

· İR komandasına gündəlik analitik işlərdə dəstək (sorğular, siyahılar, təqdimatlar) olmaq;

· Diqqətli olmaq və məxfilik qaydalarına riayət etmək.

Tələblər

· Ali təhsil üzrə sonuncu kurs tələbəsi və ya 2024/2025-ci il məzunu (Biznesin idarə edilməsi, İqtisadiyyat, Maliyyə, Riyaziyyat, İnsan Resursları ixtisasları üzrə);

· MS Excel üzrə yaxşı səviyyədə biliklər (Pivot, əsas formulalar) üstünlükdür;

· Analitik düşünmə, məlumatlarla işləmə və vizuallaşdırma bacarığı;

· Power BI/Tableau və SQL üzrə əsas statistika bilikləri üstünlükdür;

· Azərbaycan dili – sərbəst, İngilis dili biliyi üstünlükdür.

Vakansiya haqqında

Son tarix

February 24, 2026

Paylaşılıb

fevral 11, 2026

Vakansiya növü

Təcrübə

Təhsil

Bakalavr

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə