PAŞA Property Management şirkəti İnzibati işlər üzrə təcrübə proqramını elan edir. Əgər sən də uğurlu təcrübəçilərdən biri olmaq istəyirsənsə, müraciət et!
Proqram çərçivəsində nələr əldə edəcəksən?
- Təcrübəli mentorların dəstəyi;
- Real layihələr üzərində iş;
- Təcrübə proqramını uğurla tamamlayan iştirakçılar şirkətdə aktiv vakansiyalar üzrə dəyərləndirilə bilərlər.
Vəzifə öhdəlikləri:
- Sərgi dövründə inzibati komandaya gündəlik işlərdə dəstək göstərmək;
- Sənədlərin hazırlanması, çapı, skan edilməsi və arxivləşdirilməsində iştirak etmək;
- Görüş və tədbirlərin təşkilinə dəstək vermək;
- Qonaqların qarşılanması və qeydiyyat prosesində iştirak etmək;
- Məlumatların Excel və digər sistemlərə daxil edilməsinə kömək etmək;
- Rəhbərlik tərəfindən verilən digər inzibati tapşırıqları yerinə yetirmək.