PASHA Property Management
Ana səhifə
/
/
/
İstismar xidməti üzrə texnik (təmir işləri üzrə usta)

İstismar xidməti üzrə texnik (təmir işləri üzrə usta)

Dünən

174

Təsvir

PAŞA Property Management İstismar xidməti üzrə texnik (usta) vakansiyası üzrə işə qəbul elan edir.

 

Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.


  • Otaqlar (alçıpan konstruksiyalar və divar kağızları daxil olmaqla) və digər səthlərin rənglənməsi, bərpası və texniki baxımının həyata keçirilməsi;
  • Boya işlərindən əvvəl səthlərin hazırlanması (şpaklyovka, zımpara, astar vurulması və s.);
  • Müxtəlif növ boya və örtüklərin (su əsaslı, yağlı, lak və s.) düzgün seçilməsi və tətbiqi;
  • Daxili və xarici divarların, tavanların və digər səthlərin keyfiyyət standartlarına uyğun rənglənməsi;
  • Zədələnmiş səthlərin təmiri, çat və deformasiyaların aradan qaldırılması;
  • Divar kağızlarının düzgün yapışdırılması, sökülməsi və yenilənməsi işlərinin aparılması;
  • Rəng uyğunluğunun və estetik görünüşün təmin edilməsi;
  • İş zamanı istifadə olunan alət və avadanlıqların düzgün istifadəsi, təmiz saxlanılması və texniki baxımının həyata keçirilməsi;
  • İş sahəsində təmizlik və təhlükəsizlik qaydalarına (HSE) riayət edilməsi;
  • Aşkar olunan qüsur və nasazlıqlar barədə rəhbərliyə vaxtında məlumat verilməsi;
  • Lazımi material və ehtiyatların (boya, astar, alət və s.) vaxtında sifarişi üçün rəhbərliyin məlumatlandırılması;
  • Rəhbərlik tərəfindən verilmiş digər müvafiq tapşırıqların icrası.


Tələblər

  • İşində cəld və məsuliyyətli olmaq;
  • Texniki xidmət və təmir sahəsində minimum 3+ il iş təcrübəsi;
  • SƏTƏMM norma və qaydalarına riayət etmək;
  • Komanda ilə işləmək və nizam-intizamlı olmaq;
  • Böyük biznes mərkəzlərində iş təcrübəsi üstünlükdür.

Vakansiya haqqında

Son tarix

June 8, 2026

Paylaşılıb

may 7, 2026

Vakansiya növü

Tam ştat

Vəzifə dərəcəsi

Mütəxəssis

Kateqoriya

Tikinti və Daşınmaz əmlak