PAŞA Property Management “Kommunikasiya və işçi bağlılığı üzrə baş mütəxəssis ” vakansiyası üzrə işə qəbul elan edir.
Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.
Əgər siz:
- Korporativ elanlar, xəbərlər, xəbər bülletenləri (newsletter) və kommunikasiya kampaniyalarını hazırlayır;
- İşçi məşğulluğu proqramlarını, sosial tədbirləri və korporativ fəaliyyətləri təşkil edir;
- İşçi Təcrübəsi (Employee Journey) və onboarding (işə adaptasiya) proseslərini dəstəkləyir;
- Əməkdaş məmnuniyyəti və məşğulluğu üzrə sorğular keçirir;
- Sorğu nəticələrini təhlil etmək və inkişaf tədbirləri üzrə fəaliyyət planlarının hazırlanmasında iştirak edir;
- İşəgötürən brendinin (Employer Branding) inkişafına yönəlmiş fəaliyyətləri koordinasiya edir;
- Uğur hekayələri və korporativ məzmun hazırlayır;
- Müxtəlif layihələr üzrə kommunikasiya fəaliyyətlərini əlaqələndirir;
- Rəhbərlik üçün hesabatlar və təqdimatlar hazırlayırsınızsa, müraciətinizi məmnuniyyətlə gözləyirik.