PASHA Property Management

Konsyerj

Bu gün

17

Təsvir

PAŞA Property Management “Konsyerj" vakansiyası üzrə işə qəbul elan edir.

 

Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.


  • Qonaqların, rezidentlərin və ziyarətçilərin qarşılanması və yönləndirilməsi;
  • Bina, təqdim olunan xidmətlər və ətraf infrastruktur barədə məlumatların təqdim edilməsi;
  • Giriş-çıxış nəzarətinin təmin olunması;
  • Poçt, kuryer və digər çatdırılmaların qəbulu, qeydiyyatı, saxlanılması və aidiyyəti şəxslərə yönləndirilməsi;
  • Rezidentlərin və qonaqların çatdırılmalar barədə məlumatlandırılması;
  • Gedən poçt və bağlamaların göndərilməsi prosesinə dəstək göstərilməsi;
  • Transferlərin təşkili, taksi sifarişi, restoran rezervasiyaları və digər konsyerj xidmətlərinin koordinasiyası;
  • Turların, tədbirlərin və müxtəlif fəaliyyətlərin təşkilində dəstək göstərilməsi;
  • Rezidentlərdən daxil olan müraciətlərin qəbul edilməsi və aidiyyəti şöbələrə yönləndirilməsi;
  • Digər şöbələrlə (Təhlükəsizlik, FM, Housekeeping və s.) effektiv koordinasiyanın təmin edilməsi;
  • Yüksək xidmət keyfiyyətinin və müştəri məmnuniyyətinin təmin olunması.

Tələblər

  • Ali təhsili (Qonaqpərvərlik, turizm, hotellər, müştəri xidmətləri və ya əlaqəli sahələr üzrə təhsil üstünlük hesab olunur)
  • Müştəri xidməti, qonaqpərvərlik və ya oxşar sahədə minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan, rus və ingilis dillərində sərbəst danışıq bacarığı;
  • MS Office proqramlarından istifadə bacarığı;
  • Səliqəli xarici görünüş və yüksək ünsiyyət bacarığı;
  • Məsuliyyətli, diqqətli və punktual olmaq;
  • İnsanlarla peşəkar münasibət qurmaq bacarığı;
  • Stressə davamlılıq və operativ qərarvermə bacarığı;
  • Komandada işləmək və müxtəlif şöbələrlə koordinasiyanı təmin etmək bacarığı;
  • Növbəli iş qrafiki ilə işləməyə hazır olmaq.

Vakansiya haqqında

Son tarix

July 16, 2026

Paylaşılıb

iyun 16, 2026

Vakansiya növü

Tam ştat

Təhsil

Bakalavr

Kateqoriya

Satış və müştəri xidmətləri