PAŞA Property Management “Landşaft xidmətləri sahəsi üzrə nəzarətçi” vakansiyası üzrə işə qəbul elan edir.
Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.
- Landşaft və yaşıllaşdırma işlərinin təsdiqlənmiş layihələrə, texniki çertyojlara və bitki siyahılarına uyğun icrasına nəzarət etmək.
- Torpaq hazırlığı, drenaj və suvarma sistemlərinin quraşdırılması, ağac və digər bitkilərin əkini üzrə işlərin keyfiyyətini yoxlamaq.
- Bitkilərin vəziyyətini qiymətləndirmək, suvarma, gübrələmə, budama, xəstəlik və zərərvericilərə qarşı tədbirlərin icrasını izləmək.
- Bir neçə layihə üzrə gündəlik sahə işlərini planlaşdırmaq, prioritetləri müəyyənləşdirmək və sahə komandaları ilə podratçıların işini əlaqələndirmək.
- Aşkar olunan uyğunsuzluqları qeydə almaq, düzəliş tədbirləri təklif etmək və onların icrasını izləmək.
- Layihə nümayəndələri və müştərilərlə texniki məsələlər üzrə peşəkar ünsiyyət qurmaq.
- Görülən işlər üzrə hesabat hazırlamaq və qərar tələb edən məsələləri birbaşa rəhbərə təqdim etmək.