PASHA Property Management
Ana səhifə
/
/
/
Müştərilərlə iş üzrə mütəxəssis

Müştərilərlə iş üzrə mütəxəssis

Bu gün

3

Təsvir

PAŞA Property Management “Müştərilərlə iş üzrə mütəxəssis” vakansiyası üzrə işə qəbul elan edir.

 

Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.


  • Bütün daxil olan sorğuların qeyd etmək və cavablandırmaq;
  • Gündəlik istismar xidmətləri ilə bağlı hesabatları qəbul etmək və görülən tədbirləri sistemə daxil etmək;
  • İstismar xidmətləri işçilərinin vaxtı-vaxtında ehtiyat və tez korlanan hissələr, həmçinin lazımi ləvazimatlarla təmin etmək;
  • Layihə rəhbəri və istismar xidmətləri qrupu ilə əlaqələndirici rol oynamaq;
  • 3-cü tərəf şirkətləri qeydə almaq;
  • Komandanın fəaliyyətini qiymətləndirmək və hesabatlar hazırlamaq;
  • Layihənin bütün xidmətləri və obyektləri haqqında iş biliklərini nümayiş etdirmək və qonaqlara səmərəli kömək etmək;
  • Hər zaman layihənin cari vəziyyəti və yerlərin mövcudluğu barədə məlumatlı olmaq;
  • Sakinlərin/ icarəçilərin/ qonaqların şikayət və problemlərini həll etmək və onlarla səmərəli danışıqlar aparmaq;
  • Müştəri məmnuniyyətini artırmaq üçün planların həyata keçirilməsi;
  • Müəyyən olunmuş proqram təminatı ilə işləyib ona dəstək verməlidir;
  • Müştərilərlə bağlı hər hansı bir sənədləşmə prosesində iştirak etmək;
  • İşçilərin davamiyyət cədvəllərini aparmaq;
  • Nəğd vəsaitlərin qəbulunu və ödənişini etmək;
  • COİNS sisteminə və daxili hesabat fayllarına nəğd vəsait dövriyyəsi məlumatlarını daxil etmək;
  • Günlük və periodik nəğd vəsaitlərin sayımını aparmaq;
  • Nəğd vəsaitlərin bank hesabına mədaxilində iştirak etmək;
  • Uyğunlaşdırmaların aparılıb yarana biləcək fərqlərin araşdırılması;
  • Rəhbər tərəfindən tapşırılan müvafiq işləri yerinə yetirmək.


Tələblər

  • Ali təhsil (İqtisadiyyat, Menecment, Marketinq və ya əlaqəli sahələr üzrə təhsil üstünlükdür).;
  • Müvafiqq sahə üzrə ən azı 1 il iş təcrübəsi
  • Səlis Azərbaycan dili biliyi, ingilis və rus dili yaxşı səviyyədə olması mütləqdir;
  • Microsoft Office proqramları (Word, Excel, PowerPoint) üzrə yüksək biliklər.
  • Analitik düşüncə və problemləri həll etmə bacarığı.
  • Yaradıcı yanaşma və təşəbbüskarlıq.
  • Tapşırıqları düzgün və vaxtında yerinə yetirmək, işin detalları üzərində diqqətli olmaq.
  •  Aydın və effektiv ünsiyyət qurmaq, həmkarlarla və müştərilərlə qarşılıqlı əlaqəni inkişaf etdirmək.
  • Çeşidli komandalarla effektiv şəkildə işləmək və əməkdaşlıq etmək bacarığı.


Vakansiya haqqında

Son tarix

October 3, 2026

Paylaşılıb

sentyabr 3, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Satış və müştəri xidmətləri