PAŞA Property Management “Müştərilərlə iş üzrə mütəxəssis” vakansiyası üzrə işə qəbul elan edir.
Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.
- Hər zaman müstəsna müştəri xidməti təmin etmək;
- Layihənin məhsul və xidmətləri, eləcə də siyasətləri haqqında məlumatlı olmaq;
- Bütün qonaqların və daxili müştərilərin şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək və problemlərin qənaətbəxş həllini təmin etmək üçün onlara əməl etmək;
- Müştərilər və həmkarlarla qarşılıqlı anlaşma şəraitində işləmək və yaxşı iş münasibətlərini saxlamaq;
- Bütün müştəriləri və qonaqları salamlamaq və ehtiyac olduqda onlara kömək etmək;
- İtirilmiş və tapılmış əşyalar barədə məlumat vermək;
- Telefon zənglərinə nəzakətli və mehriban şəkildə cavab vermək və yönləndirmək;
- Ziyarətçiləri müsbət, səmimi və mehriban şəkildə qarşılamaq və onların suallarını cavablandmaq.