PAŞA Property Management “Təlim və İnkişaf üzrə mütəxəssis” vakansiyası üzrə işə qəbul elan edir.
Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.
- Şirkət səviyyəsində təlim ehtiyaclarının analizini həyata keçirmək;
- İllik və rüblük təlim və inkişaf planlarını hazırlamaq və icrasını təmin etmək;
- Təlim mövzularını, formatlarını və təlimçi seçimlərini müəyyənləşdirmək;
- Daxili və xarici təlimlərin təşkili və koordinasiyasını həyata keçirmək;
- Təlim sonrası qiymətləndirmə və effektivlik analizləri aparmaq;
- Yeni işçilərin oriyentasiya (onboarding) proqramlarını hazırlamaq və icra etmək;
- Ehtiyac olduğu təqdirdə şirkətdaxili təlim proqramlarının keçirilməsi;
- Təlimlərlə bağlı hesabatların, iştirakçı siyahılarının və rəy formalarının hazırlanmasını təmin etmək;
- Təlim və inkişaf proseslərinin davamlı təkmilləşdirilməsinə töhfə vermək.