PMD Group MMC
Ana səhifə
/
/
/
Baş elektrik mühəndisi

Baş elektrik mühəndisi

Bu gün

26

Təsvir

  • Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, elektrik sistemlərin ehtiyac və hədəflərə uyğunluğu barədə rəhbərliyə tövsiyələrlə birgə hesabat təqdim etmək;
  • Elektrik sistemləri üzrə sənədlərin Azərbaycan Respublikası qanunvericiliyinə, şəhərsalma və tikintiyə dair normativ sənədlərə (AzDTN, EQQQ, TİQ, TTQ, PUE, SNiP), eləcə də əvvəlcədən təyin edilmiş beynəlxalq standartların (IEC, EN, BS, NFPA) tələblərinə uyğun hazırlanmasını təmin etmək.Elektrik sistemləri üzrə ilkin spesifikasiyaları, material təsnifatlarını, layihələndirmənin keyfiyyət səviyyəsini müəyyənləşdirmək;
  • Layihə idarəetmə komandasının üzvü kimi fəaliyyət göstərmək, komanda daxili, podratçılar, layihəçilər və digər mühəndislik qrupları ilə sıx əməkdaşlıq etmək;
  • Layihələndirmə müddətlərinin elektrik hissəsinin təyin edilməsi barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə İş Qrafikinin layihələndirməyə aid iş həcmlərinə uyğunluğunu yoxlamaq;
  • Elektrik sistemləri üzrə satınalma strategiyasının təyin edilməsi prosesində iştirak etmək, tender paketlərinin texniki hissəsini hazırlamaq və texniki dəstək vermək;
  • Elektrik sistemləri üzrə ilkin spesifikasiyaları, material təsnifatlarını, həcmlər cədvəlini (BOQ) və layihələndirmənin keyfiyyət səviyyəsini müəyyənləşdirmək.
  • Podratçı şirkətlərin yerinə yetirdiyi elektrik quraşdırma işlərinin layihələrə və texniki şərtnamələrlə uyğunluğunu yoxlamaq, layihə sistemlərinin ehtiyac və hədəflərə uyğunluğu barədə rəhbərliyə tövsiyələrlə birgə hesabat təqdim etmək.
  • Podratçıların təqdim etdiyi işçi çizgilərin (Shop Drawings) və iş icra metodologiyalarını (Method of Statement) tikinti reallıqlarına uyğunluğu baxımından operativ nəzərdən keçirib təsdiqləmək və layihəçiləri bu tələblərə istiqamətləndirmək.
  • Master qrafikin elektrik işlərinə aid mərhələlərini təyin etmək, podratçıların təqdim etdiyi iş proqramlarının reallığını yoxlamaq və bütün mərhələlərdə İş Qrafikinin iş həcmlərinə uyğunluğunu izləmək.
  • Tamamlanmış elektrik sistemləri üzrə layihə sənədlərinin dövlət strukturları (Azərişıq, EMTA, FHN və s.) tərəfindən tam şəkildə təsdiq edilməsini və təsdiqlənmiş işçi paketlərin tikinti üçün təqdim olunmasını təmin etmək;
  • Podratçıların elektrik hissəsi üzrə icra planlarını, montaj sxemlərini və icra metodologiyalarını baxışdan keçirmək və təkmilləşdirilməsi məqsədilə layihə müdirinə öz texniki rəyini təqdim etmək.;
  • Zavod sınaqlarında (FAT), istehsalatın elektrik, avtomatika və mexanik sistemləri üzrə sahədə aparılan yoxlama, test və commissioning proseslərində iştirak etmək, tikintinin təhvil-təslim və istismara qəbul prosesini təşkil etmək;
  • Layihənin bütün mərhələlərində elektrik sistemləri üzrə sənədlərə ekspert rəyi vermək, dəyişiklik əmrlərini analiz etmək, büdcə və xərclərin optimallaşdırılması (Value Engineering) üçün təkliflər vermək;
  • Elektrik sistemləri üzrə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və hər növ məlumat mübadiləsinin şirkətin müvafiq qaydalarına uyğun olaraq həyata keçirilməsini təmin etmək.


Tələblər

  • Elektrik mühəndisliyi və ona yaxın mühəndislik üzrə ali (bakalavr/magistr) təhsil;
  • Tikinti layihələrinin idarə olunması sahəsində, sifarişçi (Client) və ya layihə idarəetmə (PMC) şirkətlərində baş elektrik mühəndisi qismində azı 4 ili sifarişçi tərəfində olmaqla, minimum 8-10 il sahə və ofis iş təcrübəsi;
  • Tikinti normativ sənədlər barədə biliklər: AzDTN, EQQQ, TİQ, TTQ, EN, SNIP, IEC, BS, NFPA;
  • Dil bilikləri:Azərbaycan dili - səlis; İngilis dili – yaxşı;
  • Kompüter bilikləri: MS Office, AutoCAD;
  • Yüksək ünsiyyət və komandada işləmək bacarığı, daim inkişafa yönümlü olmaq.


Vakansiya haqqında

Son tarix

September 29, 2026

Paylaşılıb

sentyabr 22, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Tikinti və Daşınmaz əmlak