PMD Group MMC
Ana səhifə
/
/
/
Büdcə və Planlama üzrə Menecer

Büdcə və Planlama üzrə Menecer

06-01-2026

366

Təsvir

1. Büdcələşmə, Xərc Nəzarəti və Maliyyə Monitorinqi

Bütün layihələr üzrə layihə büdcələrinin, pul axını proqnozlarının, Xərc Bölünmə Strukturlarının (CBS) və resurs histogramlarının hazırlanması və idarə olunması.

Baza (baseline) büdcələrin formalaşdırılması, qorunması və layihə həcmi, satınalma strategiyası və icra planları ilə uyğunluğunun təmin edilməsi.

Büdcə müqayisə cədvəllərinin hazırlanması, kənarlaşmaların təhlili və təsdiqlənmiş büdcələrlə müqayisəli hesabatların təqdim edilməsi.

Öhdəliklərin, faktiki xərclərin və proqnozların monitorinqi, risklərin və mümkün artımların erkən mərhələdə müəyyən edilməsi.

EAC (Estimate at Completion) və FAC (Forecast at Completion) hesabatlarının hazırlanması və idarə olunması.


2. Planlama, Qrafikləşdirmə və Zaman–Xərc İnteqrasiyası

Baş layihə qrafiklərinin və detallı tikinti proqramlarının hazırlanması, nəzarəti və yenilənməsi.

Zaman, xərc, irəliləyiş və pul axını məlumatları arasında tam inteqrasiyanın təmin edilməsi.

Faktiki icranın baza qrafik və büdcələrlə müqayisəli təhlili.

Gecikmələrin, sürətləndirmə (acceleration) və bərpa (recovery) ssenarilərinin xərcə təsirinin təhlili.

Zəruri hallarda vaxt uzadılması (EOT), gecikmə təhlili və iddialarla bağlı planlama işlərinə dəstək.


3. Texniki Ofisin İdarə Edilməsi

Texniki ofisin bütün funksiyalarına rəhbərlik:

  • İrəliləyişin ölçülməsi metodologiyaları.
  • Həcm və miqdarların izlənməsi, Earned Value Analysis.
  • Metod bəyanatları və tikinti ardıcıllığının təhlili.

Shop drawing, metod statement və texniki təqdimatların layihə qrafikinə uyğun koordinasiyası.

Sahədə fiziki irəliləyişin monitorinqi və onun büdcə və qrafiklə əlaqələndirilməsi.

Sahə komandaları ilə rəhbərlik arasında əsas texniki əlaqələndirici şəxs kimi çıxış etmək.


4. Daxili Planlama, Büdcə və İdarəetmə Nəzarəti

Daxili layihə planlarının, qrafiklərin, büdcələrin və pul axını proqnozlarının təsdiqlənmiş bazalara uyğunluğunun yoxlanılması və təsdiqi.

Tender strategiyaları ilə icra planları arasında ardıcıllığın təmin edilməsi.


5. Tender və Satınalma İdarəetməsi

Layihələr üzrə tender və satınalma proseslərinin planlaşdırılması və koordinasiyası.

Tender komitələrində aktiv iştirak və kommersiya, planlama və büdcə baxımından rəyin verilməsi.

Tender paketlərinin, satınalma qrafiklərinin və təklif qiymətləndirmələrinin təsdiqlənmiş büdcə və risk strategiyalarına uyğunluğunun təmin edilməsi.


6. Müqavilə və Kommersiya Nəzarəti

Podratçı və təchizatçı müqavilələri üzrə aşağıdakı proseslərə nəzarət:

  • Aralıq və yekun ödəniş sertifikatları
  • Yekun hesablaşmalar
  • Variasiyalar, iddialar və əks-iddialar

Müqavilələrin kommersiya və risk baxımından təhlili və uyğunlaşdırılması.

Maliyyə və müqavilə komandaları ilə koordinasiyalı şəkildə ödənişlərin izlənməsi.

Zərurət olduqda müştəri, podratçı, təchizatçı və məsləhətçilərlə danışıqlarda iştirak.


7. Podratçı və Təchizatçı Müqavilələrinin Hazırlanması

Müqavilələrin hazırlanmasına rəhbərlik və ya dəstək.

Müqavilələrin aşağıdakılara uyğunluğunun təmin edilməsi:

  • Təsdiqlənmiş büdcə və satınalma strategiyası
  • Layihə qrafiki və texniki tələblər
  • Şirkətin risk və müqavilə standartları

İmzalanmadan öncə yekun texniki və kommersiya təsdiqi.


8. Dəyər Mühəndisliyi və Optimallaşdırma

  • Development, Dizayn, Tikinti, Satınalma və Maliyyə ilə birlikdə Value Engineering (VE) proseslərinə rəhbərlik.
  • Alternativ dizayn, material, metod və ardıcıllıq variantlarının qiymətləndirilməsi.
  • VE təkliflərinin xərc, zaman və risk təsirinin analiz edilməsi və rəhbərliyə təqdimatı.


9. Hesabatlıq, Risklər və Rəhbərliyə Dəstək

Həftəlik, aylıq və icraçı səviyyəli hesabatların hazırlanması:

  • Büdcə və xərc performansı
  • Pul axını və proqnozlar
  • Qrafik və irəliləyiş vəziyyəti
  • Risklər və mitigasiya tədbirləri

Yüksək riskli sahələrin müəyyən edilməsi və qabaqlayıcı tədbirlərin təklifi.

Tikinti üzrə Rəhbər üçün strateji məsləhətçi rolunun icrası.


10. Sistemlər, Alətlər və Proseslərin İnkişafı

Primavera P6, MS Project, Procore, Oracle Aconex və oxşar sistemlərin effektiv istifadəsinə rəhbərlik.

Standart şablon və prosedurların tətbiqinin təmin edilməsi.

Büdcə, planlama və hesabat proseslərinin beynəlxalq təcrübəyə uyğun davamlı təkmilləşdirilməsi.

Tələblər

·        İnşaat mühəndislik, Tikinti İdarəetməsi və s. ixtisaslar üzrə ali təhsil olmalı

·        İri miqyaslı layihələrində ən azı 10 illik iş təcrübəsi olmalı

·        Büdcə və Planlama, Project Controls və ya Texniki Ofis sahələr üzrə rəhbər vəzifədə ən azı 8 il iş təcrübəsi olmalı

·        Yaşayış, hotel, kommersiya və qarışıq istifadə üçün nəzərdə tutulmuş layihələrində praktiki iş təcrübəsi olmalı

·        Planlama, xərc nəzarəti, tender və müqavilə proseslərininin idarə edilməsi üzrə təcrübəyə sahib olmalı

·        Büdcə və pul axınının idarəetməsi üzrə güclü analitik biliklər olmalı

·        Primavera P6, MS Project və Excel üzrə praktiki istifadə bacarığı olmalı

·        Azərbaycan dili mükəmməl, İngilis dili biliyi yaxşı səviyyədə olmalı

·        Liderlik bacarığına sahib olmalıdır.

Vakansiya haqqında

Son tarix

January 30, 2026

Paylaşılıb

yanvar 6, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Tikinti və Daşınmaz əmlak