PMD Group MMC

Dizayn menecer

Dünən

48

Təsvir

·        Layihələrin ilkin mərhələlərində detallı araştırma etmək, sahə analizləri aparmaq, ilkin dizayn yanaşmasını təmin etmək,

·        Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, ehtiyac və hədəflərə uyğunluğu barədə rəhbərliyə tövsiyələrlə birgə hesabat təqdim etmək,

·        Layihələndirmə məlumatlarını estetik, texniki tələblərə və ətraf mühitə uyğunluğu yönündən yoxlamaq və Layihəçiləri bu tələblərə istiqamətləndirmək,

·        Layihələndirmə məlumatlarının Azərbaycan Respublikası qanunvericiliyin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcədə əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək,

·        İlkin spesifikasiyaları, material təsnifatlarını, layihələndirmənin keyfiyyət səviyyəsini müəyyənləşdirmək,

·        Komandanın bir üzvü kimi fəaliyyət göstərmək və layihələndirmə prosesinə daxil olan tərəfləri idarə etmək,

·        Layihələndirmə müddətlərinin təyin edilməsi barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə İş Qrafikinin layihələndirməyə aid iş həcmlərinə uyğunluğunu yoxlamaq,

·        Layihənin tender prosesinə texniki dəstək vermək, spesifikasiyaları və iş həcmlərini yoxlayıb müvafiq texniki rəy vermək;

·        Tamamlanmış layihə sənədlərinin dövlət strukturları tərəfindən tam şəkildə təsdiq edilməsini və təsdiqlənmiş işçi layihə paketinin tikinti üçün müvafiq qaydada təqdim edilməsini təmin etmək;

·        İstehsalatın müvafiq sınaq və yoxlamalarında, tikintinin təhvil-təslim prosesində iştirak etmək;

·        Layihənin bütün mərhələlərində texniki sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək;

·        Layihə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də hər növ məlumat mübadiləsinin müvafiq Sənədləşdirilmiş Məlumatlara Nəzarət Proseduruna uyğun olaraq həyata keçirilməsini təmin etmək;

·        Şöbənin Memarlarının (Memar köməkçi, Memar, Aparıcı Memar, Baş Memar) vəzifilərini təyin etmək, koordinasiyanı təmin etmək və idarə etmək. Ehtiyac olduğu halda Layihələrə təhkim olunan memarlar ilə koordinasiyanı təmin etmək;

·        Şöbə daxili Fənn üzrə rəhbərlər və Baş mühəndislər ilə birgə işləmək və fənlər arası koordinasiyanı təmin etmək;

·        Şirkətdə, mövcud olan yerli və beynəlxalq standartların tələblərinə tam şəkildə riayət edilməsi;

·        Şirkətin və ya bilavasitə şirkətə məxsus enerji mənbələrindən səmərəli istifadə edilməsi, əlavə enerji itkisinə səbəb olacaq hallar barədə məlumatın təqdim edilməsi;

·        Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin yerinə yetirilməsi.

Tələblər

·        Ali təhsil : Memarlıq ixtisası üzrə;

·        İş təcrübəsi : Müvafiq sahə üzrə azı 7 il (tikinti və ofis);

·        Tikinti normativ sənədlər barədə biliklər: AzDTN, SNİP, BS, EN, ASHRAE, SMACNA, NFPA, BIM;

·        Dil bilikləri: Azərbaycan dili - səlis; İngilis dili – yaxşı;

·        Kompüter bilikləri: MS Office, AutoCAD, Revit;

·        Yüksək ünsiyyət və komandada işləmək bacarığı, daim inkişafa yönümlü olmaq.

Vakansiya haqqında

Son tarix

March 30, 2026

Paylaşılıb

mart 6, 2026

Vakansiya növü

Tam ştat

Vəzifə dərəcəsi

career-levels.undefined

Kateqoriya

Tikinti və Daşınmaz əmlak