İnzibati işlər funksiyası üzrə
- İnzibati fəaliyyətlərin təşkilini və idarə edilməsini, qarşıya qoyulmuş məqsəd və hədəflərə nail olunmasını təmin etmək;
- Ofisin gündəlik inzibati və əməliyyat fəaliyyətlərini idarə etmək və hesabat vermək;
- Struktur bölmələrin rəhbərləri və əməkdaşlarla əməkdaşlıq edərək ofisin operativ ehtiyaclarının müəyyənləşdirilməsini və təmin edilməsini təşkil etmək; Yeni əməkdaşların işə qəbulu və adaptasiyası prosesinə dəstək olmaq.
- İnzibati xərclər üzrə illik büdcənin hazırlanmasını və idarə edilməsini təmin etmək;
- Ofisin təsərrüfat, təchizat, texniki xidmət və digər inzibati proseslərinin effektiv idarə olunmasına nəzarət etmək;
- İnzibati xidmət göstərən podratçı və təchizatçılarla əməkdaşlığı koordinasiya etmək.
- Əməkdaşların gündəlik inzibati ehtiyaclarının müəyyənləşdirilməsi və müvafiq xidmətlərin fasiləsiz təmin olunmasına nəzarət etmək.
Korporativ tədbirlərin təşkili üzrə
- Şirkətin korporativ tədbirlərinin planlaşdırılması və təşkilində iştirak etmək;
- Tədbirlərin məkan, logistika, texniki təminat, qonaqların qarşılanması və digər təşkilati məsələlərini koordinasiya etmək;
- İnzibati tədbirlərin büdcəsinin hazırlanması və təsdiq edilmiş büdcə çərçivəsində icrasına nəzarət etmək;
- Tədbirlərin təşkili üzrə təchizatçı və tərəfdaşlarla koordinasiyanı təmin etmək.