PMD Group MMC
Ana səhifə
/
/
/
İnzibati işlər üzrə menecer

İnzibati işlər üzrə menecer

Dünən

70

Təsvir

İnzibati işlər funksiyası üzrə

  • İnzibati fəaliyyətlərin təşkilini və idarə edilməsini, qarşıya qoyulmuş məqsəd və hədəflərə nail olunmasını təmin etmək;
  • Ofisin gündəlik inzibati və əməliyyat fəaliyyətlərini idarə etmək və hesabat vermək;
  • Struktur bölmələrin rəhbərləri və əməkdaşlarla əməkdaşlıq edərək ofisin operativ ehtiyaclarının müəyyənləşdirilməsini və təmin edilməsini təşkil etmək; Yeni əməkdaşların işə qəbulu və adaptasiyası prosesinə dəstək olmaq.
  • İnzibati xərclər üzrə illik büdcənin hazırlanmasını və idarə edilməsini təmin etmək;
  • Ofisin təsərrüfat, təchizat, texniki xidmət və digər inzibati proseslərinin effektiv idarə olunmasına nəzarət etmək;
  • İnzibati xidmət göstərən podratçı və təchizatçılarla əməkdaşlığı koordinasiya etmək.
  • Əməkdaşların gündəlik inzibati ehtiyaclarının müəyyənləşdirilməsi və müvafiq xidmətlərin fasiləsiz təmin olunmasına nəzarət etmək.


Korporativ tədbirlərin təşkili üzrə

  • Şirkətin korporativ tədbirlərinin planlaşdırılması və təşkilində iştirak etmək;
  • Tədbirlərin məkan, logistika, texniki təminat, qonaqların qarşılanması və digər təşkilati məsələlərini koordinasiya etmək;
  • İnzibati tədbirlərin büdcəsinin hazırlanması və təsdiq edilmiş büdcə çərçivəsində icrasına nəzarət etmək;
  • Tədbirlərin təşkili üzrə təchizatçı və tərəfdaşlarla koordinasiyanı təmin etmək.

Tələblər

  • Ali təhsil və ya böyük qurumlarda 10 ildən çox iş təcrübəsi
  • İnzibati idarəetmə, ofis menecmenti, korporativ tədbirlərin təşkili və ya əlaqəli sahələr üzrə ən azı 8 il iş təcrübəsi;
  • Azərbaycan dilində yüksək səviyyədə danışıq və yazılı ünsiyyət bacarığı; İngilis-dili bilikləri üstünlükdür.
  • Word, Excel, Outlook və Power Point proqramlarında yüksək səviyyədə işləmə bacarığı; 1C istifadəçi bilikləri üstünlükdür;
  • Yüksək səviyyədə təşkilatçılıq, operativ koordinasiya və ünsiyyət bacarıqları.

Vakansiya haqqında

Son tarix

October 17, 2026

Paylaşılıb

oktyabr 2, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Tikinti və Daşınmaz əmlak