PMD Group MMC
Ana səhifə
/
/
/
Planlaşdırma üzrə baş mühəndis

Planlaşdırma üzrə baş mühəndis

01-10-2024

1.9K

Təsvir

  • Tələb üzrə müqavilə üçün qrafik məlumatlarının hazırlanmasına rəhbərlik etmək və təyin olunmuş qrafiklərin düzgün hazırlandığını yoxlayıb təsdiqləmək;
  • Təyin olunmuş fənnlər üçün məntiqi iş ardıcıllığı yaratmaq;
  • İş ardıcıllığını ümumi layihə planı ilə nəzərdən keçirib qiymətləndirmək;
  • Təyin olunmuş fəaliyyət müddətlərinin seçilməsi metodlarını müəyyənləşdirmək və həyata keçirmək;
  • Layihə hesabatları və iş bölgü strukturlarını hazırlamaq və təyin olunmuş yeni işlər üçün müvafiq dəyişiklik və düzəlişləri tövsiyə etmək;
  • Təyin olunmuş qrafik üzrə kritik yol fəaliyyətlərini müəyyənləşdirmək;
  • Podratçılar da daxil olmaqla təyin olunmuş qrafik kənarlaşmalarını müəyyənləşdirmək, təhlil etmək, izləmək və düzəldici fəaliyyət / iş həllini tövsiyə etmək;
  • Aylıq irəliləyiş üzrə hesabat hazırlamaq. Qrafikə təsir göstərən fəaliyyətləri müəyyənləşdirmək və hesabat vermək;
  • Mütəmadi olaraq layihənin səmərəliliyini izləmək və təhlil etmək;
  • Layihənin işçilik ehtiyaclarını müəyyən etmək, ehtiyac hesabatlarını hazırlanmaq və icrasına birbaşa nəzarət etmək;
  • Layihə üzrə görülən işlərin həftəlik/aylıq iş planını hazırlamaq;
  • Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatları hazırlanıb rəhbərliyə ötürmək;
  • Həftəlik və aylıq hesabata əsasən inkişaf proqramının hazırlanması, müvafiq proqrama daxil edilməsi və yenilənməsi;
  • Həftəlik inkişaf proqramı üzrə planlama iclaslarında iştirak etmək;
  • Səmərəlilik üzrə qiymətləndirmə, proqnozlaşdırma, işlərin planlaşdırılmış vaxt və büdcə ərzində reallaşması ehtimalını qiymətləndirmək;
  • Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi;
  • Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün layihə komandası ilə müzakirə aparmaq, gecikən işləri yenidən planlaşdırmaq;
  • Podratçıların apardığı işlərin plan qeydiyyatı və plan üzrə işlərin görülməsinə nəzarət etmək;
  • Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlər.



Tələblər

  • Mühəndislik ixtisası üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə azı 4 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili - səlis, İngilisi dili – yaxşı;
  • Kompüter bacarıqları: MS Office, Primavera P6, MS Project;
  • Məsuliyyətli, intizamlı olmaq.


Vakansiya haqqında

Son tarix

noyabr 29, 2024

Paylaşılıb

oktyabr 1, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Tikinti və Daşınmaz əmlak