Biznes prosesləri üzrə potensial risklərin müəyyən edilməsi və qiymətləndirilməsi prosesində mütəxəssislərə dəstək göstərmək;
Risk reyestrlərinin və əsas risk indikatorları (KRI) üzrə məlumatların yenilənməsində iştirak etmək;
Risklərin idarə edilməsi və daxili nəzarət üzrə hesabatların, təqdimatların və analitik cədvəllərin hazırlanması üçün məlumatları toplamaq, təhlil etmək və sistemləşdirmək;
Daxili nəzarət yoxlamaları çərçivəsində müvafiq sənədlərin toplanmasına, yoxlama nümunələrinin seçilməsinə və nəticələrin sənədləşdirilməsinə dəstək vermək;
Daxili qayda və prosedurların hazırlanması, biznes proseslərinin xəritələndirilməsi üzrə işlərdə iştirak etmək;
Audit və daxili nəzarət yoxlamalarının nəticələri əsasında hazırlanmış tədbirlər planlarının icra vəziyyətinin izlənilməsinə və müvafiq məlumatların yenilənməsinə dəstək göstərmək;
Risklərin idarə edilməsi və daxili nəzarət sahəsi üzrə qanunvericiliyi, daxili normativ sənədləri və beynəlxalq standartları araşdırmaq;
Şöbənin gündəlik əməliyyat, analitik və inzibati fəaliyyətinə dəstək göstərmək.
Tələblər
Maliyyə, iqtisadiyyat, biznesin idarə edilməsi, audit və ya əlaqəli ixtisaslar üzrə ali təhsil;
Risklərin idarə edilməsi, daxili nəzarət və audit sahələrinə dair ilkin biliklərə malik olmaq;
MS Excel, Word və PowerPoint proqramlarından istifadə bacarığına malik olmaq;
Azərbaycan dilini mükəmməl, ingilis yüksək, rus dili biliyi üstünlükdür;
Analitik düşünmə, məlumatlarla işləmə və araşdırma bacarığına malik olmaq.