Qrup və törəmə müəssisələrdə risklərin idarə edilməsi və daxili nəzarət sistemlərinin qurulması və təkmilləşdirilməsi proseslərini əlaqələndirmək;
Risklərin idarə edilməsi və daxili nəzarət üzrə siyasətlərin, metodologiyaların, daxili qayda və prosedurların hazırlanmasında və yenilənməsində iştirak etmək;
Risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi, risk reyestrlərinin yenilənməsi, eləcə də əsas risk indikatorlarının monitorinqi proseslərini əlaqələndirmək;
Yeni layihələrin, investisiya qərarlarının və mövcud biznes proseslərinin risk qiymətləndirilməsini təşkil etmək, nəticələr əsasında təkliflər hazırlamaq;
Qrup və törəmə müəssisələrdə daxili nəzarət mexanizmlərinin mövcudluğunu, adekvatlığını və effektivliyini qiymətləndirmək;
Təsdiq edilmiş monitorinq planına uyğun olaraq risk əsaslı, tematik və proses əsaslı daxili nəzarət yoxlamalarının təşkilini və aparılmasını əlaqələndirmək;
Biznes proseslərinin qanunvericiliyə və daxili normativ sənədlərə uyğunluğunun yoxlanılmasını əlaqələndirmək, aşkar edilmiş uyğunsuzluqlar barədə rəhbərliyi məlumatlandırmaq;
Risklərin, nəzarət boşluqlarının və audit nəticəsində müəyyən edilmiş nöqsanların aradan qaldırılması üzrə tədbirlər planlarının hazırlanmasını əlaqələndirmək və onların icrasına nəzarət etmək;
Risklərin idarə edilməsi və daxili nəzarət üzrə hesabatların hazırlanmasını təmin etmək, nəticələri və təkmilləşdirmə təkliflərini rəhbərliyə təqdim etmək;
Ona həvalə edilmiş işlərin planlaşdırılmasını, mütəxəssislərin fəaliyyətinin əlaqələndirilməsini və hazırlanmış materialların keyfiyyətinin qiymətləndirilməsini təmin etmək;
Şirkətdə risk və daxili nəzarət mədəniyyətinin inkişaf etdirilməsində iştirak etmək, zərurət yarandıqda xidməti ezamiyyətlərə getmək.
Tələblər
Maliyyə, iqtisadiyyat, idarəetmə, audit və ya digər uyğun ixtisas sahəsi üzrə ali təhsil;
Risklərin idarə edilməsi, daxili nəzarət və ya audit sahəsində minimum 8 il iş təcrübəsi (ən azı 3 il rəhbər vəzifədə);
Risklərin idarə edilməsi və daxili nəzarət sistemlərinin qurulması, qiymətləndirilməsi və monitorinqi üzrə praktiki təcrübə;
COSO ERM, COSO Internal Control, ISO 31000 prinsipləri və risklərin qiymətləndirilməsi metodologiyaları üzrə biliklər;
Güclü analitik düşünmə, təşkilatçılıq, işlərin əlaqələndirilməsi, hesabat və təqdimatların hazırlanması bacarıqları;
CIA, CRMA, FRM, CERM və digər müvafiq peşəkar sertifikatların olması üstünlükdür;
Azərbaycan dili – mükəmməl, ingilis dili – yüksək səviyyədə, rus dili – arzuolunandır;
MS Office proqramlarında, xüsusilə MS Excel və PowerPoint-də yüksək səviyyədə işləmək bacarığı.