Fəaliyyət sahələri üzrə yerli və xarici bazarlarda potensial tədarükçülərin axtarışı və araşdırılmasında iştirak etmək;
Potensial tədarükçülərlə görüşlərin təşkili prosesinə dəstək göstərmək;
Yeni tədarükçülərə ixtisas uyğunluğunun qiymətləndirilməsi üçün tələb olunan sənədlərin göndərilməsində, sənədlərin vaxtında və düzgün qaydada geri toplanmasında iştirak etmək;
Tədarükçülər tərəfindən təqdim olunan məlumat və sənədləri müəyyən edilmiş meyarlar əsasında ilkin nəzərdən keçirmək, referansların və müqavilə sənədlərinin uyğunluğunun araşdırılmasına dəstək göstərmək;
Tədarükçülərin ilkin qiymətləndirilməsi üzrə məlumatları toplamaq, təhlil etmək və hesabatların hazırlanmasında iştirak etmək;
Qiymətləndirmə prosesindən keçmiş tədarükçülər haqqında məlumatların müvafiq məlumat bazasına daxil edilməsinə və məlumat bazasının mütəmadi yenilənməsinə dəstək göstərmək;
Tədarükçüləri fəaliyyət sahələri və ixtisaslaşmaları üzrə kateqoriyalara ayırmaq, məlumat bazasındakı məlumatların aktuallığını yoxlamaq;
Tədarükçülərin ixtisas uyğunluğunun qiymətləndirilməsi üçün təqdim etdikləri sənədlərin elektron və fiziki arxivləşdirilməsində iştirak etmək;
Tədarükçülərə həvalə edilmiş iş və layihələr barədə məlumatların qeydiyyatının aparılmasına, layihələrin nəticələri üzrə qiymətləndirmə məlumatlarının toplanmasına və məlumat bazasına işlənməsinə dəstək göstərmək;
Daxili bazarda mal-materialların qiymət tendensiyalarını izləmək, bazar araşdırmaları aparmaq, qiymət məlumatlarını toplamaq və nəticələri sistemləşdirmək;
Tədarükçülərlə bağlı məlumatların dəqiqliyini və tamlığını yoxlamaq, zəruri hallarda məlumatların yenilənməsi üçün müvafiq şəxslərlə əlaqələndirmə aparmaq;
Şöbənin gündəlik fəaliyyətində inzibati və təşkilati işlərin yerinə yetirilməsinə dəstək göstərmək;
Birbaşa rəhbər tərəfindən verilən digər müvafiq tapşırıqları yerinə yetirmək.
Tələblər
Müvafiq sahə üzrə ali təhsil;
Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili – yaxşı səviyyədə; Rus dili biliyi üstünlükdür;
Kompüter bacarıqları: MS Office proqramlarından istifadə bacarığı;
Analitik düşünmə və məlumatların təhlili bacarığı;
Yazılı və şifahi ünsiyyət bacarıqları;
Komandada işləmək və əməkdaşlıq bacarığı;
Öyrənməyə, yeni bilik və bacarıqlar əldə etməyə həvəsli olmaq.