PMD Projects MMC
Ana səhifə
/
/
/
Aparıcı maliyyə nəzarətçisi

Aparıcı maliyyə nəzarətçisi

20-02-2025

177

Təsvir

  • Maliyyə hesabatlarının analizi;
  • Maliyyə hesabatlarının hazırlanarkən Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (IFRS) üzrə hazırlanmasına və uyğunluğuna nəzarət;
  • Daxili və xarici audit yoxlamaları zamanı proseslərin kordinasiya edilməsində iştirak;
  • İllik büdcənin hazırlanması;
  • Aylıq əsasda büdcə fakt analizi;
  • Aylıq əsasda pul vəsaitlərinin axını hesabatının analizi;
  • Maliyyə periodu üzrə Aylıq/ İllik hesabatların hazırlanmasının koordinasiya edilməsi və icrasında yaxından iştirak;
  • Həftəlik əsasda avans hesabatının yoxlanması;
  • 1C ERP sisteminin təkmilləşdirilməsində iştirak;
  • Siyasət, proses və prosedurların yazılmasında iştirak;
  • Vergi üzrə əməliyyatların nəticəsində yaranmış aktivlərin və öhdəliklərin hesablanmasının və mühasibat uçotunda düzgün əks olunmasına nəzarət;
  • Beynəlxalq mühasibat uçotu ilə vergi uçotu arasında transformasiyanın düzgünlüyünə nəzarət;
  • Rəhbərliyə təqdim edilən aylıq, rüblük və illik hesabatların hazırlanmasında yaxından iştirak;
  • Sənədləşmələrin və əməliyyatların şirkətin siyasətinə və qəbul edilmiş mühasibatlıq prinsiplərinə uyğun qaydada icrası;
  • Şirkətdə, mövcud olan yerli və beynəlxalq standartların tələblərinə tam şəkildə riayət edilməsi;
  • Şirkətin və ya bilavasitə şirkətə məxsus enerji mənbələrindən səmərəli istifadə edilməsi, əlavə enerji itkisinə səbəb olacaq hallar barədə məlumatın təqdim edilməsi;
  • Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin yerinə yetirilməsi.

Tələblər

  • Ali təhsil: Maliyyə və Mühasibatlıq sahəsində ali təhsil;
  • İş təcrübəsi: Müvafiq sahə üzrə azı 3-4 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili – orta;
  • Kompüter bacarıqları: MS Office, 1C 8.3 mühasibatlıq sistemində işləmə qabiliyyəti;
  • Peşəkar ünsiyyət bacarığı;
  • Analitik düşüncə və problemin həll istiqamətində təşəbbüs irəli sürmək bacarığı;
  • Maliyyə və Mühasibatlıq sahəsinə aid olan beynəlxalq sertifikatlara sahib olanalara üstünlük veriləcəkdir.

Vakansiya haqqında

Son tarix

mart 18, 2025

Paylaşılıb

fevral 20, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Tikinti və Daşınmaz əmlak