Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, avtomatlaşdırma və kontrol sistemlərinin ehtiyac və hədəflərə uyğunluğu barədə rəhbərliyə tövsiyələrlə birgə hesabat təqdim etmək;
Layihələndirmədə avtomatlaşdırma və kontrol sistemlərinin məlumatlarını, estetik, texniki tələblərə və ətraf mühitə uyğunluğu yönündən yoxlamaq və layihəçiləri bu tələblərə istiqamətləndirmək;
Layihələndirmədə avtomatlaşdırma və kontrol sistemlərinin məlumatlarının Azərbaycan Respublikası qanunvericiliyinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərinin, eləcə də əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək;
Təhkim olunduğu layihə müdirinin komandasında fəaliyyət göstərmək və layihələndirmə prosesinə daxil olan tərəflərlə sıx əməkdaşlıq etmək;
Layihələndirmə müddətlərinin avtomatlaşdırma və kontrol hissəsinin təyin edilməsi barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə İş Qrafikinin layihələndirməyə aid iş həcmlərinə uyğunluq nöqteyi-nəzərdən yoxlamaq;
Layihənin tender prosesinə texniki dəstək vermək, avtomatlaşdırma və kontrol sistemlərinin spesifikasiyaları və iş həcmlərini yoxlayıb müvafiq texniki rəy vermək;
Layihənin avtomatlaşdırma və kontrol sistemlərinin sınaq və yoxlamalarında, təhvil-təslim prosesində iştirak etmək;
Layihələndirmə müddətlərinin avtomatlaşdırma və kontrol hissəsinin təyin edilməsi barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə İş Qrafikinin layihələndirməyə aid iş həcmlərinə uyğunluq nöqteyi-nəzərdən yoxlamaq;
Layihənin tender prosesinə texniki dəstək vermək, avtomatlaşdırma və kontrol sistemlərinin spesifikasiyaları və iş həcmlərini yoxlayıb müvafiq texniki rəy vermək;
Layihənin avtomatlaşdırma və kontrol sistemlərinin sınaq və yoxlamalarında, təhvil-təslim prosesində iştirak etmək.
Tələblər
Ali Təhsil :Avtomatlaşdırma mühəndisliyi üzrə ali təhsil;
İş təcrübəsi :Müvafiq sahə üzrə sifarişçi olaraq 2 il işləməklə, azı 5 il (tikinti və ofis) iş təcrübəsi; Sınaq və sazlama (testing & commissioning) işləri üzrə azı 2 il iş təcrübəsi;
BMS, SCADA, yanğın siqnalizasiya, avtomatlaşdırılmış qəza və səsli təxliyə, karbon monoksid siqnalizasiyası, audio-vizual sistemlər, multimedia sistemləri, interkom, işıqlandırma avtomatlaşdırılması, avtomatlaşdırılmış yanğın söndürmə sistemləri, kartlı keçid və turniket sistemləri, kamera və müşahidə sistemləri, xüsusi alarm
sistemləri və digər avtomatlaşdırma və kontrol sistemləri haqqında nəzəri və praktiki biliklər;
Mexanik, elektrik və İT sistemləri ilə bağlı fundamental texniki biliklər;
Avtomatlaşdırma şəbəkə bilikləri və xəbərləşmə protokolları;
Texniki problemlərin praktiki və ya nəzəri həll edilməsi;