PMD Projects MMC
Ana səhifə
/
/
/
İstedadların cəlb edilməsi üzrə aparıcı mütəxəssis

İstedadların cəlb edilməsi üzrə aparıcı mütəxəssis

Bu gün

379

Təsvir

  • Baş ofis və inşaat layihələri üzrə işə qəbul ehtiyaclarını müəyyənləşdirmək və vakansiyaların vaxtında bağlanmasını təmin etmək;
  • Vakansiya sifarişçiləri ilə əməkdaşlıq edərək vəzifə tələblərini, əsas səriştələri, təcrübə meyarlarını və namizəd profilini dəqiqləşdirmək;
  • Texniki və mühəndislik peşələri, layihə idarəetməsi və inşaat sahəsi rolları üzrə istedadların axtarışı və cəlb edilməsi strategiyalarını hazırlamaq və həyata keçirmək;
  • Müxtəlif mənbələrdən, o cümlədən peşəkar şəbəkələr, işə qəbul platformaları, referal proqramları, birbaşa axtarış (headhunting) və namizəd bazalarından istifadə etməklə namizədləri müəyyənləşdirmək və cəlb etmək;
  • Namizədlərin ilkin seçimini, müsahibələrin təşkilini və keçirilməsini, səriştə və texniki qiymətləndirmələrin koordinasiyasını, istinad yoxlamalarının və iş təkliflərinin hazırlanması prosesini idarə etmək;
  • Vakansiya sifarişçiləri ilə müntəzəm əlaqə saxlayaraq seçim prosesinin mərhələləri, namizəd rəyləri və qərarların vaxtında verilməsi üzrə koordinasiyanı təmin etmək;
  • Namizədlərlə peşəkar və vaxtında kommunikasiya qurmaq, müsbət namizəd təcrübəsini və şirkətin işəgötürən imicini dəstəkləmək;
  • İşə qəbul prosesinin bütün mərhələlərində namizədlərin məlumatlarının məxfiliyini və şəxsi məlumatların müvafiq qaydada emalını təmin etmək;
  • İşə qəbul üzrə məlumatları və hesabatları aparmaq; vakansiyaların bağlanma müddəti, mənbələrin effektivliyi, işə qəbul xərcləri və digər əsas göstəriciləri izləmək və təhlil etmək;
  • İşə qəbul prosesləri, alətləri və namizəd mənbələrinin effektivliyini qiymətləndirmək, təkmilləşdirmə imkanlarını müəyyənləşdirmək və müvafiq təşəbbüsləri həyata keçirmək;
  • İşə qəbul təkliflərinin əməkhaqqı diapazonları, təsdiq edilmiş ştat və büdcə çərçivələri ilə uyğunluğunu müvafiq İR və biznes tərəfləri ilə koordinasiya etmək.


Tələblər

  • Ali təhsil: İnsan Resursları, Biznesin idarə edilməsi, Psixologiya və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi;
  • İş təcrübəsi: İstedadların cəlb edilməsi və işə qəbul sahəsində minimum 5 il müvafiq iş təcrübəsi; aparıcı və ya müstəqil məsuliyyət daşıyan rolda təcrübə üstünlükdür;
  • Mülki və sənaye inşaatı, neft və qaz layihələrində işə qəbul üzrə təcrübəsi olan namizədlərə üstünlük veriləcək;
  • Texniki peşələr və mühəndislik rolları üzrə istedadların axtarışı və cəlb edilməsi sahəsində praktiki təcrübə mütləqdir; layihə və tikinti sahələrində çalışan işçi qüvvəsinin cəlb edilməsi təcrübəsi üstünlükdür;
  • Mühəndislik, texniki ofis, planlaşdırma, smeta və xərclərə nəzarət, MEP, avtomatlaşdırma, SƏTƏM, keyfiyyət və digər texniki funksiyalar üzrə vakansiyaların bağlanması təcrübəsi üstünlükdür;
  • İşə qəbul prosesinin tam dövrü üzrə (vakansiya sifarişinin dəqiqləşdirilməsindən təklifin təqdim edilməsinə və işə başlamanın koordinasiyasına qədər) təcrübə;
  • Yüksək həcmli və paralel vakansiyalarla işləmək, müxtəlif səviyyəli rəhbərlər və layihə komandaları ilə əməkdaşlıq etmək bacarığı;
  • İşə qəbul, istedadların cəlb edilməsi və ya İR sahəsi üzrə müvafiq peşəkar təlim və sertifikatların olması üstünlükdür;
  • Azərbaycan dili – səlis, İngilis dili – orta-yuxarı səviyyədə (Upper-Intermediate).

Vakansiya haqqında

Son tarix

November 29, 2026

Paylaşılıb

oktyabr 30, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Tikinti və Daşınmaz əmlak