Tabeçilikdə olan işçilərin daxili nizam-intizam qaydalarına riayət etməsinə nəzarət etmək
Tabeçilikdə olan işçi prosedurlarını və vəzifə öhdəliklərini yerinə yetirmək
Məzuniyyət və inkişaf planlarını hazırlamaq və yerinə yetirilməsinə nəzarət etmək
Layihələrdə Keyfiyyət Təminatı və Keyfiyyətə Nəzarət fəaliyyətlərini təşkil və idarə etmək
Tapşırıq əsasında daxili audit planının hazırlanmasında iştirak etmək
Tapşırıq əsasında daxili auditin həyata keçirilməsində iştirak etmək
Daxili audit və gündəlik fəaliyyət zamanı aşkarlanmış tapıntılarla bağlı fəaliyyətlərin həyata keçirilməsinə nəzarət etmək
KİS ilə bağlı təlimləri təşkil etmək, həyata keçirmək və başqaları tərəfindən həyata keçirilməsinə nəzarət etmək
Müştəri şikayətləri ilə bağlı razılaşdırılmalı fəaliyyətləri həyata keçirmək
Müştəri məmnuniyyəti sorğularının qənaətbəxş olmayan nəticələrlə bağlı tədbirlər görmək
Keyfiyyət üzrə məqsədlərin müəyyən edilməsində iştirak etmək və onlara çatması üçün tədbirləri hazırlamaq Rəhbərllik tərəfindən təhlil üçün tələb olunan giriş məlumatlarını əldə etmək və hesabat hazırlamaq
KİS daxili və xarici auditin nəticələri haqqında şöbə müdirlərini məlumatlandırmaq
Tapşırıq əsasında KİS daxili və xarici auditlər zamanı auditorları müşayiət etmək
Keyfiyyət məqsədləri və Proses Performans Göstəricilərini izləmək və şöbə müdirini məlumatlandırmaq
KİS üzrə daimi təkmilləşdirmə fəaliyyətlərini müəyyənləşdirmək və şöbə müdirinə təklif etmək
Keyfiyyətlə bağlı statistik məlumatların alınması üçün müvafiq qeydlərin aparılmasını təşkil etmək və onlara nəzarət etmək
Keyfiyyət ilə bağlı statistik məlumatları təhlil etmək və təhlildən çıxan nəticəyə uyğun tədbirlər görmək
KT/KN bilik bazasını aktuallaşdırmaq və inkişaf etdirmə
Tələblər
Ali təhsil (müvafiq mühəndislik sahəsi üzrə və ya 5 ildən çox təcrübə olduğu zaman ixtisas fərq etmir)
Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi
Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili - yaxşı, Rus dili arzu olunandır