PMD Projects MMC
Ana səhifə
/
/
/
Kommersiya nəzarəti üzrə mütəxəssis

Kommersiya nəzarəti üzrə mütəxəssis

Bu gün

19

Təsvir

  • Layihə üzrə təqdim olunan BOQ və smeta sənədlərinin texniki və kommersiya baxımından yoxlanılması;
  • Layihə cizgiləri və texniki spesifikasiyalar əsasında iş həcmlərinin düzgünlüyünün təhlil edilməsi;
  • Bazar qiymətlərinin monitorinqi və tətbiq olunan qiymətlərin bazar şərtlərinə uyğunluğunun qiymətləndirilməsi;
  • Podratçı və təchizatçılardan alınan qiymət təkliflərinin müqayisəli təhlilinin aparılması;
  • İlkin və detallı smeta hesablamalarının yoxlanılması və uyğunsuzluqların müəyyən edilməsi;
  • Faktiki xərclərlə təsdiqlənmiş büdcə göstəriciləri arasındakı fərqlərin analiz olunması;
  • Variation Order (VO) dəyişiklikləri üzrə təqdim olunan əlavə iş həcmlərinin və xərclərin yoxlanılması və sənədləşdirilməsinə nəzarət edilməsi;
  • Layihə üzrə ehtimal yekun büdcə, (BAC) ehtimal yekun xərcin (EAC) və mənfəətin hesablanması və aylıq yenilənməsi;
  • Layihə xərclərinin təsdiqlənmiş büdcəyə uyğun monitorinqinin aparılması;
  • Podratçılar tərəfindən təqdim edilən kommersiya iddialarının, Variation Order (VO) və dəyişikliklərin səbəblərinin araşdırılması;
  • Dəyişikliklər üzrə həcmlərin cizgiyə uyğun yoxlanılması, vahid qiymətin təhlili və təsdiqedici sənədlərin yoxlanılması;
  • Bütün iddia və dəyişikliklərin müqavilə şərtlərinə uyğunluğunun və düzgün sənədləşdirilməsinin təmin edilməsi;
  • Xərc artımlarının, iş həcmi dəyişikliklərinin və büdcə aşımı hallarının qarşısını almaq məqsədi ilə tenderə çıxarılan BOQ-ların təhlili və həcmlərinin yoxlanılması.

Tələblər

  • Ali təhsil: İnşaat mühəndisliyi, Tikintinin idarə edilməsi və ya digər müvafiq ixtisas üzrə ali təhsil;
  • İş təcrübəsi : Mülki tikinti sahəsində, oxşar vəzifədə azı 3 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili - yaxşı;
  • Kompüter bacarıqları: MS Office, Autocad;
  • Komanda şəklində çalışmaq və əməkdaşlıq bacarıqları.

Vakansiya haqqında

Son tarix

June 13, 2026

Paylaşılıb

may 14, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Tikinti və Daşınmaz əmlak