PMD Projects MMC

Mühəndis-konstruktor

17-01-2025

424

Təsvir

  • Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək və ehtiyac və hədəflərə uyğunluğu barədə rəhbərliyə tövsiyələrlə birgə hesabat təqdim etmək;
  • Layihələndirmə məlumatlarının, Azərbaycan Respublikası qanunvericiliyin,  şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcədə əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək;
  • Komandanın bir üzvü kimi fəaliyyət göstərmək və layihələndrimə prosesinə daxil olan bütün  tərəflərlə yaxın əməkdaşlıq etmək;
  • İstehsalatın müvafiq sınaq və inspeksiyalarında və tikintinin təhvil-təslim prosesində iştirak etmək;
  • Tələb edildiyi halda layihənin bütün mərhələlərində texniki sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək;
  • Layihələndirmə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də hər növ məlumat mübadiləsinin müvafiq Sənədləşdirilmiş Məlumatlara Nəzarət Proseduruna uyğun olaraq həyata keçirilməsini təmin etmək.


Tələblər

  • Ali təhsil : İnşaat mühəndisliyi ixtisası üzrə;
  • İş təcrübəsi : Müvafiq sahə üzrə azı 3 il iş təcrübəsi;
  • Tikinti normativ sənədlər barədə biliklər: AzDTN;
  • Dil bilikləri: Azərbaycan dili - səlis; İngilis dili – yaxşı;
  • Kompüter bilikləri: MS Office, AutoCAD, LIRA, Sap2000.


Vakansiya haqqında

Son tarix

fevral 16, 2025

Paylaşılıb

yanvar 17, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Tikinti və Daşınmaz əmlak