PASHA Real Estate Group
Ana səhifə
/
/
/
Sənəd Dövriyyəsi üzrə Mütəxəssis

Sənəd Dövriyyəsi üzrə Mütəxəssis

Bu gün

37

Təsvir

Vəzifənin qısa təsviri:

Bu vəzifənin əsas məqsədi şirkətin sənəd idarəetmə sisteminin və daxili proseslərinin korporativ idarəetmə prinsiplərinə uyğun olaraq hüquqi və metodoloji baxımdan düzgün, sistemli və səmərəli şəkildə təşkilini təmin etməkdir.


Əsas vəzifə öhdəlikləri:

  • Şirkətin fəaliyyət istiqamətlərini və iş proseslərinin xüsusiyyətlərini öyrənmək və təhlil etmək.
  • Korporativ idarəetmə çərçivəsinin, daxili siyasət və prosedurların hazırlanması və tətbiqini təmin etmək, zəruri metodoloji yanaşmaları formalaşdırmaq.
  • Sənəd idarəetmə sistemlərini hazırlamaq, tətbiq etmək və onların effektiv fəaliyyətinə nəzarət etmək.
  • Fiziki və elektron sənədlərin düzgün təsnifatını, qeydiyyatını, idarə olunmasını və saxlanılmasını (o cümlədən arxivləşdirilməsini) təmin etmək, zəruri sənədləri hazırlamaq.
  • Sənədlərin dövriyyəsinə nəzarət etmək, yenilənmə, dəyişiklik və təsdiq proseslərinin vaxtında həyata keçirilməsini təmin etmək.
  • Daxili qaydalara və normativ tələblərə uyğunluğun yoxlanılması məqsədilə mütəmadi auditlər aparmaq.
  • Direktorlar Şurasının və komitələrin iclaslarında katib funksiyasını yerinə yetirmək.
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları yüksək peşəkarlıq və məsuliyyətlə icra etmək.

Tələblər

Arzu olunan təhsil və təcrübə:

  • Hüquq və ya Korporativ İdarəetmə ixtisası üzrə bakalavr dərəcəsi; müvafiq sahə üzrə magistr təhsili üstünlük hesab olunur.
  • Azərbaycan və ingilis dillərini yüksək səviyyədə bilmək.
  • Korporativ idarəetmə sahəsində minimum 2 il iş təcrübəsi və daşınmaz əmlak sektoru üzrə yaxşı biliklər.
  • Tənzimlənən sahələrdə iş təcrübəsinin olması üstünlükdür.


Tələb olunan bacarıqlar:

  • Detallara yüksək diqqətlilik.
  • Güclü analitik düşüncə və araşdırma bacarıqları.
  • Effektiv yazılı və şifahi ünsiyyət bacarıqları.


Vakansiya haqqında

Son tarix

June 17, 2026

Paylaşılıb

may 18, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Tikinti və Daşınmaz əmlak