PASHA Real Estate Group
Ana səhifə
/
/
/
Mexaniki İşlər üzrə Supervayzer

Mexaniki İşlər üzrə Supervayzer

Bu gün

71

Təsvir

  • Mexaniki quraşdırma işlərinə sahədə gündəlik nəzarət və idarəetmənin həyata keçirilməsi
  • İş planlarına uyğun olaraq mexaniki işçilər və texniklər arasında tapşırıqların bölüşdürülməsi
  • HVAC, santexnika, drenaj və yanğınsöndürmə sistemlərinin düzgün quraşdırılmasının təmin edilməsi
  • Gündəlik fəaliyyətlərin Mexanika Mühəndisləri və digər sahə komandaları ilə əlaqələndirilməsi
  • İşlərin keyfiyyətinə nəzarət edilməsi və təsdiq edilmiş çertyojlara və spesifikasiyalara uyğunluğun təmin olunması
  • Bütün işlərin ƏMƏK TƏHLÜKƏSİZLİYİ (HSE) qaydalarına və təhlükəsiz iş prosedurlarına uyğun icra edilməsinin təmin edilməsi
  • Mexaniki komandalar tərəfindən alətlərin, avadanlıqların və materialların düzgün istifadəsinə nəzarət edilməsi
  • Sahədə yaranan problemlərin, gecikmələrin və uyğunsuzluqların müəyyən edilməsi və Mexanika Mühəndisinə məruzə edilməsi
  • Yoxlamalar, sınaqlar, istismara vermə və qüsurların aradan qaldırılması (snagging) proseslərində dəstək göstərilməsi
  • Mexaniki iş sahələrində təmizliyin və nizam-intizamın qorunmasının təmin edilməsi
  • Tələb olunduqda gündəlik işçi qüvvəsinin və işlərin gedişatının qeydiyyatının aparılması

Tələblər

Təhsil:

  • Mexaniki işlər üzrə texniki və ya peşə təhsili (HVAC, santexnika və ya əlaqəli sahə) üstünlükdür

Xüsusi bilik və bacarıqlar:

  • Mexaniki quraşdırma işlərinə nəzarət
  • HVAC, santexnika və yanğınsöndürmə sistemləri üzrə praktik biliklər

İş təcrübəsi:

  • Mexaniki işlər üzrə minimum 5–10 il iş təcrübəsi
  • Nəzarətçi (supervayzer) vəzifəsində ən azı 2 il təcrübə

Dil və kompüter proqramları üzrə biliklər (Microsoft Office):

  • Azərbaycan dili – səlis

Vakansiya haqqında

Son tarix

January 28, 2026

Paylaşılıb

dekabr 29, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Tikinti və Daşınmaz əmlak