PASHA Real Estate Group

Satış Sonrası Meneceri

Bu gün

74

Təsvir

Vəzifənin qısa təsviri:


Satış Sonrası Meneceri satış müqaviləsinin imzalanmasından başlayaraq mənzilin təhvil verilməsinə, fit-out koordinasiyasına və müştərinin köçürülməsinə qədər bütün satış sonrası prosesin idarə edilməsinə cavabdehdir.


Bu vəzifə müştərilər üçün snagging, təhvil və icarə koordinasiyası zamanı əsas əlaqə nöqtəsi rolunu oynayır, Satış, İnkişaf, Fəaliyyət İdarəsi və İcarə komandaları arasında səmərəli kommunikasiya təmin edir.


Bundan əlavə, vəzifə Elite Card üzvlük xidmətlərini, müştəri iştirak proqramlarını və Elite Club əməliyyatlarını idarə edərək premium lüks müştəri təcrübəsini təmin etməli və uzunmüddətli müştəri əlaqələrini qoruyur.


Vəzifə öhdəlikləri:



Təhvil Verilmə Prosesi

  • Satış müqaviləsi imzalandıqdan sonra sənəd dövriyyəsi üzrə məsul şəxsdən satış müqaviləsini əldə etmək və Satış və Xidmət müqavilələrinin müştəri tərəfindən imzalanmasını təmin etmək.
  • Müştərilərlə əlaqə saxlamaq və təhvil-təslim şərtləri və vaxtı, fitout şərtləri və tələbləri, servis haqqının ödəniş vaxtı barədə məlumat vermək.
  • Mənzilə snəqinq tələb olunarsa, İnkişaf komandası ilə tarixləri razılaşdırmaq və vaxtında icrasını nəzarətdə saxlamaq.
  • Təhvil-təslimdən əvvəl mənzillərin və ümumi sahələrin detallı yoxlanışını aparmaq və ya nəzarət etmək.
  • Qüsurların vaxtında aradan qaldırılması üçün podratçılar, məsləhətçilər və layihə komandası ilə koordinasiya aparmaq.
  • Snəqinq və təhvil-təslim mərhələsində müştəri üçün əsas əlaqələndirici şəxs olmaq.
  • Satılmış rezidensiyaların təhvil tarixləri barədə CCO və CDO-ya hesabat təqdim etmək.
  • Təhvil paketlərinin (açarlar, giriş kartları, təlimatlar, zəmanət sənədləri, as-built çertyojlar və s.) hazırlanmasını idarə etmək.
  • Təhvil tədbirində fiziki olaraq iştirak etmək, açarları müştəriyə təqdim etmək və Facility komandası ilə birlikdə obyektin istifadə qaydalarını izah etmək.
  • Facility Management komandasının müştəriyə fitout ilə bağlı bütün şərt və tələbləri aydın şəkildə təqdim etməsini təmin etmək.
  • Fitout müddətində Facility Management komandası tərəfindən müştəriyə lazımi məlumatların, sənədlərin və icazələrin vaxtında təqdim edilməsinə nəzarət etmək və gecikmələrin qarşısını almaq.
  • Müştəri köçdükdən sonra onu Facility Management Direktoru/Komandasına təhvil vermək.
  • Müştərinin mənzilini icarəyə verməsi ilə bağlı sorğularında əlaqələndirici şəxs olmaq, bunun üçün bütün lazımi məlumatları toplamaq, Leasing koordinatoruna təqdim etmək və prosesin düzgün icrasına nəzarət etmək.


Elite Card üzrə öhdəliklər

  • Müştərinin Elite Card-ı və Elite Club üzvlük imtiyazları barədə bütün məlumatları almasını təmin etmək.
  • Bütün Lüks Əmlak müştərilərinin (Elite Club üzvlərinin) məlumat bazasını aparmaq.
  • Elite Club üzvlərinə xüsusi günlərdə təbrik mesajları və/və ya hədiyyələrin göndərilməsini (şəxsi və ya CRM vasitəsilə) təmin etmək.
  • Elite Club/Card üzvlərini proqramlar, kampaniyalar və yeniliklər barədə məlumatlandırmaq.
  • Elite Club-un (fiziki məkan) proqram fəaliyyətlərini idarə etmək.
  • Marketinq və Facility komandaları ilə birlikdə təcrübə proqramları hazırlamaq və müştəriləri bu proqramlar barədə məlumatlandırmaq.

Tələblər

  • Biznes İdarəçiliyi, Əmlak, Qonaqpərvərlik və ya əlaqəli sahələr üzrə bakalavr dərəcəsi.
  • Lüks əmlak, satış sonrası proses, müştəri xidməti və ya Fəaliyyət İdarəsi sahəsində ən azı 5 il təcrübə.
  • Təhvil prosesi, snagging prosedurları və fit-out koordinasiyası üzrə güclü bilik.
  • Güclü ünsiyyət və interpersonal bacarıqlar.
  • Müxtəlif departamentlər və xarici podratçılarla koordinasiya bacarığı.
  • Hesabat və təşkilati bacarıqlar.
  • CRM sistemlərindən istifadə təcrübəsi.
  • Peşəkar təqdimat və müştəri ilə ünsiyyət bacarıqları.
  • Bir neçə müştərini eyni anda idarə etmə bacarığı.
  • Güclü problem həll etmə bacarıqları.
  • Yüksək məsuliyyət və diqqətlilik.
  • Azərbaycan, İngilis və Rus dillərində sərbəst.

Vakansiya haqqında

Son tarix

March 22, 2026

Paylaşılıb

fevral 20, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Tikinti və Daşınmaz əmlak