PASHA Real Estate Group
Ana səhifə
/
/
/
Mühasibatlıq üzrə baş mütəxəssis

Mühasibatlıq üzrə baş mütəxəssis

02-10-2026

134

Təsvir

Şirkətimiz əsas mühasibat və maliyyə əməliyyatlarına, o cümlədən kreditor borclarının uçotu və xəzinədarlıq fəaliyyətlərinə nəzarət və koordinasiya edəcək Mühasibatlıq üzrə baş mütəxəssis axtarır. Vəzifə bank hesablarının və pul vəsaitlərinin idarə olunması, ödənişlərin həyata keçirilməsi, təchizatçılarla hesablaşmalar, satış hesab-fakturalarının hazırlanması və gəlirlərin tanınması, şirkətlərarası əməliyyatlar, xərclərin uçotu, ERP sistemləri ilə bağlı proseslər, həmçinin aysonu və ilsonu bağlanış proseslərinə cavabdeh olacaqdır. Eyni zamanda, əməliyyatların dəqiqliyinin, müvafiq tələblərə uyğunluğunun və aidiyyəti komandalarla effektiv koordinasiyanın təmin edilməsi vəzifənin əsas məsuliyyətlərinə daxildir.


Əsas vəzifə öhdəlikləri:


Bank hesabları və pul vəsaitlərinin idarə olunması

  • Bank hesabları və kassalar üzrə pul vəsaitlərinin planlaşdırılması və nəzarəti;
  • Ödəniş sənədləri əsasında məbləğlərin konsolidasiyası, hesablararası köçürmələrin və valyuta əməliyyatlarının təşkili;
  • Kassa əməliyyatlarının və kassa üzləşdirmələrinin aparılması.

Ödənişlərin təşkili və təchizatçılarla hesablaşmalar

  • Təchizatçılar və podratçılar üzrə ödəniş sənədlərinin yoxlanılması və təsdiqlənməsi;
  • Tutmaların, zəmanətlərin və digər çıxıntıların düzgünlüyünün yoxlanılması;
  • Ödənişlərin sistemdə yaradılması, banklarla koordinasiya və ödəniş statusunun izlənilməsi;
  • Aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması üçün müvafiq tərəflərlə koordinasiya.

Satış hesab-fakturaları və gəlirlərin tanınmasına nəzarət

  • Satış hesab-fakturalarının düzgünlüyünə və vaxtında hazırlanmasına nəzarət;
  • Satış və əməliyyat komandaları ilə koordinasiya edərək fərqlərin araşdırılması;
  • Satış üzrə aylıq üzləşdirmələrin aparılması və müştərilər üçün aktların hazırlanmasına dəstək.

Şirkətlərarası əməliyyatlar (Intercompany)

  • Şirkətlərarası hesab-fakturaların və xərclərin düzgün uçotuna nəzarət;
  • Gömrük, audit, IT və digər xərclər üzrə intercompany recharge prosesinə dəstək.

Xərclərin təhlili və maya dəyərinin formalaşdırılması

  • Xərclərin düzgün təsnifatı və maya dəyərinin formalaşdırılması;
  • Əsas vəsaitlər, accrual və digər xərclər üzrə uçotun düzgünlüyünün təmin edilməsi.

ERP sistemlərinə metodiki və funksional dəstək

  • Təchizatçı və podratçı məlumatlarının sistemə düzgün daxil edilməsinə nəzarət;
  • COINS sistemində iş axınlarının optimallaşdırılmasına dəstək;
  • Yeni sistemlərin ERP ilə inteqrasiyasında iştirak.

Aysonu və ilsonu bağlanış prosedurları

  • Aysonu və ilsonu üzləşdirmələrin təşkili və icrası;
  • Bank hesabları, gömrük və kart əməliyyatları üzrə üzləşdirmələrin aparılması;
  • Uyğunsuzluqların təhlili və hesabat komandası ilə koordinasiya.

Gömrük bəyannamələri üzrə üzləşdirmələr

  • Gömrük bəyannamələrinin müvafiq hesab-fakturalarla uyğunlaşdırılması;
  • Avans ödənişlərinin vaxtında bağlanmasına nəzarət;
  • Gömrük və Satınalma komandaları ilə koordinasiya.

Kommunikasiya, koordinasiya və komanda nəzarəti

  • Daxili bölmələr, xarici tərəflər və Accounts Payable komandası ilə effektiv əməkdaşlıq və koordinasiya;
  • Audit, hesabat və uyğunluq proseslərinə dəstək göstərilməsi;
  • Accounts Payable komandasının gündəlik fəaliyyətinə nəzarət və metodiki rəhbərliyin təmin edilməsi;
  • Daxili nəzarət mexanizmlərinə və mühasibat siyasətlərinə uyğunluğun təmin edilməsi.

Tələblər

Təhsil

  • Maliyyə, mühasibat uçotu və ya əlaqəli sahədə ali təhsil

Peşəkar bilik və təcrübə

  • Mühasibat və maliyyə uçotu üzrə dərin biliklər
  • Aysonu və ilsonu bağlanış və üzləşdirmə prosesləri üzrə təcrübə
  • Accounts Payable və ödəniş prosesləri üzrə biliklər
  • Şirkətlərarası əməliyyatlar və hesablaşmalar üzrə təcrübə
  • ERP sistemləri ilə iş təcrübəsi
  • Daxili nəzarət və mühasibat siyasətləri üzrə biliklər

İş təcrübəsi

  • Mühasibat və maliyyə sahəsində minimum 4 il müvafiq iş təcrübəsi
  • Accounts Payable, Treasury və ya oxşar maliyyə əməliyyatları üzrə təcrübə üstünlükdür
  • Komanda üzvlərinin gündəlik fəaliyyətinin koordinasiyası və ya nəzarəti üzrə təcrübə üstünlükdür

Dil və kompüter bilikləri

  • MS Office, xüsusilə Excel üzrə yaxşı səviyyədə bilik
  • ERP sistemləri ilə iş təcrübəsi (COINS, 1C və ya digər sistemlər)
  • İngilis dili
  • ACCA, CIMA və ya digər peşəkar sertifikatlar üstünlükdür


Vakansiya haqqında

Son tarix

October 14, 2026

Paylaşılıb

oktyabr 2, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Tikinti və Daşınmaz əmlak