PASHA Real Estate Group

Sahə Supervayzeri / Formen

Bu gün

283

Təsvir

  • Sahədə subpodratçıların koordinasiyası;
  • Betonun keyfiyyətinə nəzarət edilməsi və səyyar beton pompalarından (mobil avtobetonnasoslardan) istifadə olunmaqla beton tökmə əməliyyatlarının əlaqələndirilməsi;
  • Dəmir-beton işləri, hidroizolyasiya, infrastruktur işləri və svay (piling) işləri sahəsində praktiki təcrübə;
  • Menecerə gündəlik gedişat hesabatlarının və yeniliklərin təqdim edilməsi;
  • Layihənin icrasını təmin etmək məqsədilə subpodratçılar arasında iş axınının və fəaliyyətlərin əlaqələndirilməsi.

Tələblər

TƏLƏB OLUNAN BİLİK VƏ BACARIQLAR

Təhsil:

  • Tikinti, mühəndislik (inşaat) və ya əlaqəli sahə üzrə texniki təhsilə üstünlük verilir.

Xüsusi ixtisaslaşma sahələri:

  • Beton tökmənin idarə edilməsi, dəmir-beton işləri, hidroizolyasiya, infrastruktur işləri, svay (piling) işləri, konstruktiv çertyojların oxunması və sahədə keyfiyyətə nəzarət.

İş təcrübəsi:

  • Beton və konstruktiv tikinti işləri sahəsində 5–7 il təcrübə.

Dil və kompüter proqramları bilikləri (Microsoft Office):

  • Azərbaycan dili – səlis; əsas səviyyədə ingilis dili və hesabat hazırlamaq üçün əsas səviyyədə MS Office (Excel/Word) bilikləri üstünlükdür.

XÜSUSİ TƏLƏBLƏR:

  • Güclü komanda və subpodratçı nəzarəti bacarıqları.
  • Tikinti sahələrində sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi (HSE) qaydalarını yaxşı səviyyədə başa düşmək.
  • Çətin sahə şəraitində işləmək və layihənin qəti son tarixlərinə (deadlines) riayət etmək bacarığı.
  • İntensiv tikinti sahəsi işləri üçün fiziki cəhətdən sağlam və dözümlü olmaq.


Vakansiya haqqında

Son tarix

December 12, 2026

Paylaşılıb

noyabr 12, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Tikinti və Daşınmaz əmlak