Torpağın fiziki və kimyəvi xüsusiyyətlərini qiymətləndirmək, analiz üçün torpaq nümunələrini standartlara uyğun götürmək və kimyəvi analizlərin aparılmasını təmin etmək;
Torpaqda mövcud qida elementlərinin və digər kimyəvi maddələrin dinamikasını izləmək, analiz nəticələrini təhlil etmək və sahələr üzrə tətbiq edilə bilən tövsiyələr hazırlamaq;
Torpağın məhsuldarlığının qorunması və artırılması məqsədilə tədbirlər planı (gübrələmə, torpaq bərpası və s.) hazırlamaq və icrasına nəzarət etmək;
Torpağın aqrokimyəvi müayinəsini planlamaq və təşkil etmək, nümunələrin götürülməsində iştirak etmək;
Analizlərin vaxtında, dəqiq və keyfiyyətli aparılmasına nəzarət etmək;
Torpaq analizləri üzrə müasir istehsalat/laboratoriya tələblərini izləmək, tətbiqini və standartlara uyğunluğunu təmin etmək;
Bioloji, fiziki-kimyəvi və texnoloji analizlər üzrə metodiki rəhbərlik göstərmək;
Laborator və sahə araşdırmalarında iştirak etmək, torpağın keyfiyyətinin və yüksək verimliliyin təmin olunması üçün elmi-metodiki sınaqları izləmək və tətbiqinə dəstək vermək.
Tələblər
Peşəkar bilik və bacarıqlar:
Torpaqşünaslıq, Aqrokimya, Aqronomluq və ya kənd təsərrüfatına aid digər uyğun ixtisaslar üzrə ali təhsil;
Sahə üzrə minimum 3 il iş təcrübəsi (torpaq nümunələrinin götürülməsi, aqrokimyəvi analizlər, nəticələrin interpretasiyası);
Torpaq nümunələrinin götürülməsi qaydalarını və aqrokimyəvi analiz metodlarını bilmək (pH, EC/duzluluq, humus, NPK və əsas mikroelementlər üzrə);
Analiz nəticələrini təhlil etmək, praktiki tövsiyələr və tədbirlər planı (gübrələmə, torpaq bərpası və s.) hazırlamaq bacarığı;
Laboratoriya prosedurlarına/standartlara və əməyin mühafizəsi qaydalarına əməl etmə bacarığı;
MS Office proqramlarında yaxşı səviyyədə işləmək bacarığı (xüsusilə Excel – hesabat və analiz);
Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət;
İngilis dili arzuolunan səviyyədə (texniki terminləri anlama və işgüzar yazışma/ünsiyyət).
Şəxsi keyfiyyətlər:
Analitik düşünmə və problem həll etmə bacarığı;
Dəqiqlik, məsuliyyət və nəticəyönümlülük;
Komandada işləmək və effektiv kommunikasiya bacarığı;
Vaxtın düzgün idarə edilməsi, planlama və prioritetləşdirmə;
Regionlara mütəmadi ezamiyyətlərə hazır olmaq və adaptasiya qabiliyyəti.