Prime Cotton
Ana səhifə
/
/
/
Anbardar köməkçisi (Şirvan)

Anbardar köməkçisi (Şirvan)

Bu gün

161

Təsvir

  • Əmtəə-maddi sərvətlərin anbara qəbulu, buraxılması və ehtiyac olduqda geri qaytarılması proseslərində iştirak etmək;
  • Malların anbar sahəsinə düzgün və effektiv yerləşdirilməsini təmin etmək;
  • Mal-materialların, inventarların, təkərlərin, motor və sürtkü yağlarının, zəhərli dərmanların yüklənməsi və boşaldılmasını təhlükəsizlik qaydalarına uyğun həyata keçirmək;
  • Anbar daxilində yükqaldırıcı platforma və avtoyükləyici texnikadan istifadə etməklə bütün yükləmə-boşaltma işlərini təhlükəsiz şəkildə icra etmək;
  • Sterlajlara malların yığılması və çıxarılması zamanı göndəriş sənədlərinə uyğun işləmək;
  • Sifarişçilərə malların təhvil verilməsi prosesində aktiv iştirak etmək;
  • Sayım, yüklənmə və yüklərin anbar nəqliyyatına yerləşdirilməsini təhlükəsizlik qaydalarına uyğun həyata keçirmək;
  • Anbarların idarə edilməsi şöbəsinin göstərişlərinə əsasən sayım, yerləşdirmə, təmizlik və təhlükəsizlik işlərini yerinə yetirmək;
  • Yanğın təhlükəsizliyi və əməyin mühafizəsi üzrə müəyyən edilmiş qaydalara ciddi şəkildə əməl etmək;
  • Anbarın və fərdi iş yerinin təmizliyinə daim nəzarət etmək, ehtiyac olduqda anbarın ümumi təmizliyində iştirak etmək;
  • Texniki nasazlıq və uyğunsuzluq halları olduqda dərhal rəhbərliyə məlumat vermək;
  • Tullantıların təmizlənməsi və təhlükəsiz iş mühitinin təmin edilməsi üzrə müəssisənin daxili prosedurlarına və ətraf mühit tələblərinə uyğun fəaliyyət göstərmək.

Tələblər

  • Orta ixtisas və ya tam orta təhsil;
  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
  • Microsoft Office və 1C proqramları ilə işləmə bacarığı (arzuolunandır);
  • Əmək qanunvericiliyi, daxili əmək rejimi, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə əsas qaydaları bilməlidir;
  • Avtoyükləyici ilə işləmək üçün sertifikat və vəsiqənin olması üstünlükdür.


Səriştə və Bacarıqlar:

  • Komandada işləmək bacarığı;
  • Məsuliyyətli və etibarlı yanaşma;
  • Düzgünlük və intizamlılıq;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizə sahəsində baza biliklərə malik olmaq.

Vakansiya haqqında

Son tarix

August 26, 2025

Paylaşılıb

iyul 27, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Orta səviyyəli

Təhsil

Peşə təhsili

Kateqoriya

Logistika və nəqliyyat