Prime Cotton

Anbardar (Şirvan)

Bu gün

79

Təsvir

  • Mal və materialların anbarda sistemli, ardıcıl və səliqəli şəkildə yerləşdirilməsini təmin etmək;
  • Saxlanma rejiminə, təhlükəsizlik və salamatlıq şərtlərinə, həmçinin sənədləşdirmə və mədaxil-məxaric sənədlərinin düzgün təslim-təslim qaydalarına riayət olunmasına nəzarət etmək;
  • Sifarişlər əsasında malların düzgün bölgüsünü aparmaq, anbarda stok mövcudluğunu yoxlamaq, yalnız təsdiq olunduqdan sonra 1C proqramı və ya elektron poçt vasitəsilə buraxılışı həyata keçirmək;
  • Sifariş olunan məhsul anbarda yoxdursa, bu barədə təchizat şöbəsini operativ məlumatlandırmaq;
  • Anbara daxil olan mal və materialların elektron qaimə və ya hesab-faktura sənədləri ilə uyğunluğunu yoxlamaq, fiziki sayımda iştirak etmək;
  • Mədaxil-məxaric sənədlərinin düzgün rəsmiləşdirilməsinə və təhvili prosesinə nəzarət, müvafiq hesabatların hazırlanması;
  • Anbarda yanğına qarşı avadanlıqların mövcudluğu və işlək vəziyyətdə olmasına, həmçinin anbar avadanlıqlarının vaxtında texniki baxış və təmirinə nəzarət etmək;
  • Köhnəlmiş, zədələnmiş və yararsız malları müəyyən etmək və bu barədə rəhbərliyə hesabat təqdim etmək;
  • Mal və materialların inventarizasiyasının planlaşdırılması, təşkili və icrasında fəal iştirak etmək;
  • Əmtəə-maddi sərvətlərin inventarlaşdırma və uçot proseslərində aktiv şəkildə iştirak etmək.

Tələblər

Təhsil:

  • Ali və ya orta ixtisas təhsili (iqtisadiyyat, logistika, mühəndislik və ya digər müvafiq sahələr üzrə);


İş təcrübəsi:

  • Müvafiq sahə üzrə azı 1 illik iş təcrübəsi;


Peşəkar biliklər və bacarıqlar:

  • Anbarda təhlükəsizlik qaydaları və yanğından mühafizə normaları barədə məlumatlı olmalıdır;
  • Avadanlıq və materialların saxlanma şərtləri və standartlarını bilməli və tətbiq etməyi bacarmalıdır;
  • Qaimə-faktura, təhvil-təslim aktları, mədaxil-məxaric sənədləri ilə işləmə qaydalarını yaxşı bilməlidir;
  • Anbar təsərrüfatının təşkili ilə bağlı əsasnamə, təlimat və normativ sənədləri oxumaq və tətbiq etmək bacarığı olmalıdır;
  • Mal-material qiymətlilərinin sistematika üzrə yerləşdirilmə qaydalarını bilməli və tətbiq etməlidir;
  • Azərbaycan Respublikasının Mülki Hüquq, Əmək, Maliyyə və Təsərrüfat qanunvericiliyi üzrə ümumi anlayışlara malik olmalıdır;
  • Daxili əmək intizam qaydaları, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və istehsalat sanitariyası üzrə normativ tələblərə ciddi şəkildə əməl etməlidir.


Dil bilikləri:

  • Azərbaycan dili – sərbəst.


Kompüter bilikləri:

  • Windows əməliyyat sistemi;
  • Microsoft Office proqramları (xüsusilə Excel və Word) üzrə sərbəst istifadə bacarığı;
  • 1C ERP proqram təminatı üzrə baza səviyyəsində biliklər – arzuolunandır.


Vakansiya haqqında

Son tarix

August 26, 2025

Paylaşılıb

iyul 27, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Peşə təhsili

Kateqoriya

Logistika və nəqliyyat