Prime Cotton
Ana səhifə
/
/
/
Avtokar sürücüsü (Sabirabad)

Avtokar sürücüsü (Sabirabad)

  • Prime Cotton
  • Heydər Əliyev, Sabirabad, Azərbaycan
  • Tam ştat

12-06-2025

422

Bağlanılıb

Təsvir

  • Yüklərin təyinatı üzrə boşaldılması, daşınması, yerləşdirilməsini icra etmək;
  • Avtokarı təhlükəsiz və səmərəli idarə etmək:
  • İşin düzgün planlaşdırılması və verilən tapşırıqları vaxtında yerinə yetirmək;
  • Təhkim edilmiş texnikanı işlək və təmiz vəziyyətdə saxlamaq, istifadədən öncə texnikaya vizual baxış keçirmək;
  • Aşkar etdiyi bütün nasazlıqlar haqqında sahə rəhbərinə məlumat vermək;
  • Əməyin təhlükəsizliyi üzrə qaydalara uyğun fəaliyyət göstərmək;
  • İş planına və iş yeri qaydalarına uyğun olaraq potensial təhlükələri müəyyənləşdirmək, qabaqlayıcı və ya nəzarət tədbirləri görmək;
  • İş ərazisini işin tələblərinə və iş yeri qaydalarına uyğun olaraq hazırlamaq;
  • Avtokarı kənar təsirlərdən qorumaq üçün təhlükəsiz yerdə saxlamaq;
  • İş sahəsini ərazi və müəssisə prosedurlarına uyğun şəkildə tullantılardan təmizləmək, təhlükəsiz iş şəraitini təmin etmək.

Tələblər

  • Orta və ya orta-ixtisas təhsili;
  • Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi olmalı;
  • Təhlükəsizlik qaydalarını bilməli;
  • Avtokarın düzgün və təhlükəsiz idarə edilməsi üzrə bilik və bacarıqları olmalı;
  • Texnikanın başlıca mexaniki problemlərinin müəyyənləşdirilməsi üzrə bacarıqlara sahib olmalı;
  • Avtoyükləyici ilə görüləcək iş üçün avtoyükləyicini idarə etmək hüququnu verən xüsusi sertifikat və vəsiqə arzu olunandır.


Vakansiya haqqında

Paylaşılıb

iyun 12, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Orta səviyyəli

Təhsil

Orta təhsil

Kateqoriya

Logistika və nəqliyyat