Prime Cotton

Baş mühəndis

Bu gün

12

Təsvir

  • 1. Müəssisənin emal sahəsinə, müəssisə ərazisində işləyən bütün avadanlıq və aqreqatların işləməsinə tam rəhbərlik edir, onların işlərini, əmək və istehsalat intizamını nəzarət altında saxlayır.
  • 2.  Müəssisənin tədarük və emal proseslərinin ardıcıllığının pozulmamasını təmin edir.
  • 3. Emal sahəsinin texniki siyasətini, inkişaf perspektivlərini və texniki cəhətdən yenidən qurulmasını müəyyən edir.
  • 4. Emalın texniki hazırlıq səviyyəsinin vaxtaşırı yüksəldilməsini, onun səmərəliliyinin artırılmasını, məhsul istehsalına və işlərə maddi, maliyyə və əmək sərfinin azaldılmasını, istehsal fondlarından və bütün ehtiyatlardan səmərəli istifadə edilməsini təmin edir.
  • 5.  Buraxılan məhsulların keyfiyyətinə nəzarət və yaxşılaşdırılmasını təmin edir.
  • 6.  Təmir dövründə bütün avadanlıqların işlək olmasını yoxlamalıdır.
  • 7. Texnoloji intizama, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət edilməsinə nəzarət edir.
  • 8.  Texniki sənədləşmənin vaxtında həyata keçirilməsini təmin edir
  • 9. Növbə işinin təşkil edilməsini, növbə işçilərinin intizam qaydalarına nəzarət etməyi və SƏTƏM qaydalarına uyğun işləmələrinə nəzarət edir.
  • 10.   Tabeliyində olan işçilərin seçimində iştirak edir.
  • 11.   İstehsalat proseslərin təkmilləşdirilməsinə dair təkliflərin irəli sürülməsini həyata keçirir.
  • 12.   Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrasını yerinə yetirir.


Tələblər

  • Kənd təsərrüfatı mühəndisliyi, mexanika mühəndisliyi və ya oxşar sahədə bakalavr dərəcəsi.
  • Kənd təsərrüfatı sənayesində ən azı 7-10 il mühəndislik təcrübəsi.
  • Texniki layihələndirmə proqramları (məsələn, AutoCAD, SolidWorks) ilə səlis işləmə bacarığı.
  • Kənd təsərrüfatı texnikasının və avadanlıqlarının iş prinsipləri haqqında dərin bilik.
  • Layihə idarəetmə prinsipləri və büdcələşdirmə təcrübəsi.
  • İrrigasiya, su təchizatı və torpaqşünaslıq sistemləri haqqında bilik.
  • Texniki komandalara rəhbərlik etmə və mürəkkəb layihələri idarə etmə bacarığı.
  • Problem həll etmə və analitik düşüncə bacarıqları.
  • Texniki standartlar və təhlükəsizlik qaydaları haqqında bilik.
  • Əla ünsiyyət və hesabat hazırlama bacarıqları.
  • Dəyişən iş şəraitinə uyğunlaşma və innovasiyalara açıqlıq.
  • Peşəkar mühəndislik sertifikatı (arzuolunandır).

Vakansiya haqqında

Son tarix

August 8, 2026

Paylaşılıb

iyul 4, 2026

Vakansiya növü

Tam ştat

Vəzifə dərəcəsi

Gənc mütəxəssis

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı