Prime Cotton
Ana səhifə
/
/
/
Baş mühəndis (Ağcabədi)

Baş mühəndis (Ağcabədi)

  • Prime Cotton
  • Ağcabədi şəhər, Ü.Hacıbəyli p-ti 257
  • Tam ştat

Dünən

97

Təsvir

  • Müəssisənin emal sahəsinə və ərazisində işləyən bütün avadanlıq və aqreqatlara tam texniki rəhbərlik etmək, onların işinə, əmək və istehsalat intizamına nəzarət etmək;
  • Tədarük və emal proseslərinin ardıcıllığını və fasiləsizliyini təmin etmək;
  • Emal sahəsinin texniki siyasətini, inkişaf perspektivlərini və yenidənqurma ehtiyaclarını müəyyənləşdirmək;
  • Emal proseslərinin texniki hazırlıq səviyyəsinin artırılması, resursların səmərəli istifadəsi, maliyyə və əmək sərfinin optimallaşdırılması üzrə tədbirlər görmək;
  • Buraxılan məhsulun keyfiyyətinə nəzarəti təmin etmək və keyfiyyətin yaxşılaşdırılması istiqamətində işlərə rəhbərlik etmək;
  • Təmir dövrlərində avadanlıqların işlək vəziyyətdə olub-olmamasını yoxlamaq və tədbir görmək;
  • Texnoloji intizam, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyenik norma və qaydaların icrasına nəzarət;
  • Texniki sənədləşmənin, texniki pasportların və hesabatların vaxtında və düzgün aparılmasını təmin etmək;
  • Növbə işinin düzgün təşkili, işçi intizamına və SƏTƏM qaydalarına əməl olunmasına nəzarət etmək;
  • Tabeliyində olan işçilərin seçimində iştirak etmək və potensial namizədlər barədə rəy bildirmək;
  • İstehsalat proseslərinin təkmilləşdirilməsi üzrə praktik və texnoloji təkliflər irəli sürmək.

Tələblər

Təhsil:

  • Ali texniki təhsil (mühəndislik, istehsalat, mexanika və ya əlaqəli sahələr üzrə).


İş təcrübəsi:

  • Müvafiq sahədə minimum 5 il peşəkar iş təcrübəsi.


Dil bilikləri:

  • Azərbaycan dili – sərbəst.


Kompüter bilikləri:

  • MS Office proqramları (xüsusilə Excel, Word, Outlook)
  • İstehsalatla bağlı xüsusi proqram təminatları ilə işləmək bacarığı – arzuolunandır.


Səriştə və bacarıqlar:

  • Liderlik, komandaya yön vermək və koordinasiya bacarığı;
  • Güclü ünsiyyət və qərar qəbuletmə bacarıqları;
  • Çarpaz funksional komandalarla işləmək və istehsalat problemlərini analitik şəkildə həll etmək bacarığı;
  • Avadanlıqların və texnoloji sistemlərin iş prinsiplərini dərindən anlamaq;
  • Yeni texnologiyalara və avadanlıqlara adaptasiya olunmağa açıq olmaq.

Vakansiya haqqında

Son tarix

September 6, 2025

Paylaşılıb

avqust 7, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

5-8 il

Vəzifə dərəcəsi

Supervayzer

Təhsil

Bakalavr

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı