Prime Cotton
Ana səhifə
/
/
/
Çiyid paketləyici operator (Bərdə)

Çiyid paketləyici operator (Bərdə)

Bu gün

83

Təsvir

  • Emal prosesində çıxan çiyidi anbarda (çiyid anbarında) yükləyici vasitəsilə avadanlığa yüklənən çiyidin Orkel qablaşdırma avadanlığında paketləmə prosesini həyata keçirmək və prosesə nəzarət etmək;
  • Qablaşdırılmış məhsulların təhlükəsiz düzgün yığılmasını və saxlanmasını məlumatı vermək;
  • İşə başlamazdan əvvəl avadanlığın texniki vəziyyətini yoxlamaq və sazlığını təmin etmək;
  • Avadanlığın düzgün işə salınması və söndürülməsi qaydalarına riayət etmək;
  • Avadanlıgın günlük,həftəlik,aylıq və illik baxım və təmir prosesını riayət etmək;
  • Avadanlıqda paketləmə streç vallarının doldurulmasını tam olaraq sistemdən söndürülmüş vəziyyətdə təmin etmək;
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmək;
  • Fərdi mühafizə vasitələrindən (maskadan, əlcəklərdən, qoruyucu eynəkdən, qulaqcıqdan, çəkmə və xüsusi geyimdən) istifadə etmək;
  • Kimyəvi maddələrlə və tozlu mühitdə işləyərkən xüsusi təhlükəsizlik tədbirlərinə əməl etmək;
  • Avadanlıqların təhlükəsizlik örtüklərini çıxarmamaq və müdaxilə etməmək;
  • İş sahəsini təmiz və nizamlı saxlamaq, tullantıları düzgün çeşidləmək;
  • Təhlükəli vəziyyətləri və qəzaları dərhal rəhbərliyə bildirmək;
  • SƏTƏM (səhiyyə, əməyin təhlükəsizliyi və ətraf mühit) üzrə təlimlərdə iştirak etmək və bilikləri praktikada tətbiq etmək.

Tələblər

  • Təhsil: Orta ixtisas və ya tam orta təhsil (texniki sahə üzrə olması üstünlükdür);
  • Təcrübə: Orkel və ya oxşar avtomatlaşdırılmış yükləyici və qablaşdırma avadanlıqlarında iş təcrübəsi arzuolunandır;
  • Texnoloji proseslər, avadanlıqların iş prinsipləri və texniki təhlükəsizlik qaydaları haqqında biliklər;
  • Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və SƏTƏM qaydalarına dair biliklərə malik olmaq;
  • Fərdi mühafizə vasitələrindən düzgün istifadə etmək bacarığı;
  • Fiziki dözümlülük və tozlu mühitdə işləmək qabiliyyəti;
  • Məsuliyyətli, diqqətli və intizamlı olmaq;
  • Komandada işləmə və rəhbərliyin göstərişlərini vaxtında icra etmə bacarığı.

Vakansiya haqqında

Son tarix

November 13, 2025

Paylaşılıb

oktyabr 14, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1 ilədək

Vəzifə dərəcəsi

Digər

Təhsil

Peşə təhsili

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı