Elektrik mühərriklərinin təmirdən sonra sazlanması və yoxlanmasını təmin etmək;
Avadanlıqlarda istifadə edilən bütün elektrik hissələrinin yerini, funksiyasını bilmək və nasazlığını yoxlayıb aradan qaldırmaq;
Təmir olunması mümkün olan (texnoloji baxımdan) cihazların təmirini və sazlanmasını həyata keçirmək;
Güc və işıqlandırma sxemlərinə nəzarət etmək;
Elektrik sxemlərinin oxunması və təmir zamanı işin sxemlərə uyğun yerinə yetirilməsini təmin etmək;
Yarımstansiyanın elektrik avadanlığının, texnolji maşınların, avtomatika və telemexanika cihazlarının mürəkkəb sxem və qurğularını yoxlanmaq və qüsurların aradan qaldırılmasını təmin etmək.
Tələblər
Təhsil və təcrübə:
Müvafiq sahə üzrə orta ixtisas / ali təhsil (Elektrik, Elektrotexnika, Energetika və s.);
Müvafiq sahə üzrə iş təcrübəsi (arzuolunandır).
Texniki bacarıqlar:
Elektrik mühərriklərinin təmiri, sazlanması və sınaq/yoxlama prosesləri üzrə təcrübə;
Avadanlıqlarda istifadə olunan elektrik hissələrinin yerini və funksiyasını bilmə, nasazlıqların diaqnostikası və aradan qaldırılması bacarığı;
Elektrik sxemlərini (güc və işıqlandırma sxemləri daxil olmaqla) oxuma və sxemlərə uyğun montaj/təmir işlərini icra etmə bacarığı;
Yarımstansiya elektrik avadanlıqları, texnoloji maşınlar, avtomatika və telemexanika cihazları üzrə anlayış və onlarla işləmək bacarığı;
Elektrik ölçü cihazları ilə işləmək (multimetr, meqommetr və s.) bacarığı.
Səriştə və bacarıqlar:
Komandada işləmə bacarığı;
Məsuliyyətlilik;
Düzgünlük;
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilmək.
Əlavə məlumat:
Növbəli iş qrafiki (gecə növbələri daxil olmaqla) ilə işləməyə hazır olmaq;