Prime Cotton
Ana səhifə
/
/
/
Elektrik (Mingəçevir)

Elektrik (Mingəçevir)

Dünən

82

Təsvir

  • Daha yüksək ixtisaslı elektrik personalının rəhbərliyi altında avadanlıqların sökülməsi və əsaslı təmirini həyata keçirmək;
  • Elektrik mühərriklərinin təmirdən sonra sazlanması və yoxlanmasını təmin etmək;
  • Müəssisə yarımstansiyalarında və transformator elektrik yarımstansiyalarında nəzarət-ölçü cihazları və ölçü transformatorlarının dəyişdirilməsini icra etmək;
  • Elektrik avadanlıqları, maşınlar, aqreqatlar və texnoloji prosesin avtomatik tənzimlənməsi sistemlərinə texniki xidmət göstərmək;
  • Yarımstansiyanın elektrik avadanlığı, texnoloji maşınlar, avtomatika və telemexanika cihazlarının mürəkkəb sxemlərini yoxlamaq və qüsurlarını aradan qaldırmaq;
  • Avadanlıqlarda istifadə olunan bütün elektrik hissələrinin yerini, funksiyasını bilmək və nasazlıqları aradan qaldırmaq;
  • Təmir oluna bilən cihazların texniki baxımını, təmirini və sazlanmasını həyata keçirmək;
  • Güc və işıqlandırma sxemlərinə nəzarət etmək, elektrik sxemlərini oxumaq və təmir zamanı işləri sxemlərə uyğun aparmaq;
  • Nasazlıqları müəyyən edən xəta kodlarını təhlil etmək və səbəb olan elementləri müəyyənləşdirmək.

Tələblər

  • Ali və ya orta texniki təhsil (və ya ekvivalent peşə təlimi);
  • Minimum 1 il müvafiq sahədə iş təcrübəsi;
  • Telemexanika və elektronika üzrə biliklərə sahib olmaq;
  • Elektrik avadanlığı, kabel və hava şəbəkələrinin yoxlama metodlarını bilmək;
  • Sabit və dəyişən cərəyan mühərrikləri, müdafiə və ölçü cihazları, komutasiya avadanlıqlarının iş prinsiplərini bilmək;
  • Elektrik avadanlıqlarının təmir, xidmət, yoxlama və yığım metodlarını bilmək;
  • Yarımstansiyada istifadə olunan bütün açar və ayırıcıların iş prinsiplərini bilmək;
  • Yükdən asılı olaraq məftilin en kəsiyinin, qoruyucuların və mühafizə qurğularının düzgün seçilməsini bacarmaq;
  • Yarımkeçiricilərin quruluşu və iş prinsipləri barədə biliklərə sahib olmaq;
  • Mürəkkəb ölçü alətlərindən istifadə bacarığına malik olmaq;
  • Məftillərin çəkilməsi, elektrik maşın və cihazların qoşulması və ayrılması qaydalarını bilmək.

 

Vakansiya haqqında

Son tarix

September 10, 2025

Paylaşılıb

avqust 11, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Orta səviyyəli

Təhsil

Peşə təhsili

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı