Prime Cotton
Ana səhifə
/
/
/
Ərazi nümayəndəsi

Ərazi nümayəndəsi

13-01-2024

141

Bağlanılıb

Təsvir


  • Ona təhkim edilmiş ərazilərdə əkinə yararlı sahələrin seçilərək fermerlərlə müqavilə bağlanmasını təmin etmək;
  • Tabeliyində olan ərazilərə mütəmadi olaraq baxış keçirərək aqronomları məlumatlandırmaq;
  • Əkin sahələrində daim müşahidələr apararaq zərərvericilər, xəstəliklər və alaq otları ilə mübarizədə fermerlərə yaxından dəstək olmaq;
  • Ərazilərə baxış zamanı fermerlər tərəfindən görülmüş işlərin müqabilində onların istəyinə uyğun və təşkilatın tələb olunan qaydalarını pozmamaq şərtilə mühasibatlığa həmin kartlara avansın köçürülməsi üçün sifarişləri vermək;
  • Ərazilərdə şum, reyper, mala, səpin, kultivasiya və suvarılma işlərinin aparılmasını təşkil etmək;
  • Pambıq əkini zamanı bütün aqrotexniki tədbirlərin keyfiyətli aparılmasını təmin etmək;
  • Məhsul toplanmasında verilən normaya uyğun məhsulun vaxtında məntəqəyə göndərilməsini təmin etmək.

Tələblər

  • Sahələrin və bağların becərilməsinin qabaqcıl metodlarından məlumatli olmali;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Şifahi və yazılı ünsiyyət bacarıqları.

Vakansiya haqqında

Son tarix

February 12, 2024

Paylaşılıb

yanvar 13, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı