Texniki tapşırığa uyğun detalların frezer aparatında dəqiq və keyfiyyətli emalını həyata keçirmək.
Freze aparatını işə hazırlamaq, yoxlamaq və texniki baxış keçirmək.
Emal zamanı lazım olan kəsici alətləri seçmək və quraşdırmaq.
Çertyoj və ölçü cizgilərinə əsasən detalların ölçüsünü yoxlamaq.
Avadanlıqların və iş alətlərinin sazlığını qorumaq və nasazlıqları vaxtında ustaya bildirmək.
İş yerində səliqə-sahman yaratmaq və texniki təhlükəsizlik qaydalarına əməl etmək.
Emal olunmuş məhsulların keyfiyyətinə cavabdeh olmaq.
Lazım gəldikdə müxtəlif materialların emalı üçün uyğun kəsmə rejimlərini müəyyənləşdirmək.
Tələblər
Təhsil:
Orta ixtisas və ya texniki peşə təhsili (mexaniki emal, metal işləmə və ya uyğun ixtisas üzrə).
İş təcrübəsi:
Mexaniki emal sahəsində və ya frezer aparatında iş üzrə minimum 1-3 il iş təcrübəsi (təcrübəsiz, lakin ixtisaslı şəxslər üçün təlim imkanı verilə bilər).
Peşə bacarıqları və bilikləri:
Frezer aparatlarının quruluşunu və iş prinsipini bilməlidir.
Texniki çertyojları oxuya bilməlidir.
Ölçü alətləri (şanpalet, mikrometr, komparator və s.) ilə işləmə bacarığı olmalıdır.
Müxtəlif materialların kəsilmə xüsusiyyətlərini bilməlidir.
Kəsmə alətlərini düzgün seçmə və quraşdırma bacarığı olmalıdır.
İşin keyfiyyətinə diqqət yetirmə və ölçü dəqiqliyini qoruma bacarığı olmalıdır.