Prime Cotton

Gözətçi (Yevlax)

Bu gün

35

Təsvir

  • Filialın daxilində bütün neqativ halların qarşısını almaq (münaqişə, oğurluq, qadağan olunmuş yerlərdə siqaret çəkmə və s.);
  • Nəzarət buraxılış məntəqəsindən keçən şəxsləri yoxlamaq;
  • Xüsusi buraxılış kağızı əsasında mühafizə olunan obyektə daxil olan qonaqların qeydiyyatını həyata keçirmək;
  • Spirtli içki qəbul etmiş şəxslərin mühafizə olunan ərazilərə girişini məhdudlaşdırmaq;
  • Qıfılların, qapıların, möhürlərin, gözətçinin texniki avadanlığının vəziyyətini yoxlamaq;
  • Obyektə (təhlükəsizlik dərəcəsindən aslı olaraq) giriş-çıxış zamanı adamların əl çantalarını yoxlamaq;
  • Təlimata əsasən tapşırılan obyekti müəyyən olunmuş vaxt çərçivəsində gözətləmək;
  • Obyektə gətirilən və ya çıxarılan mal-materialın, maşın və texnikanın qeydiyyatını aparmaq;
  • Geyim qaydasına riayət etmək;
  • Baş verən hadisə barədə gözətçi rəhbərinə mütəmadi olaraq məlumat vermək.

Tələblər

  • Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları;
  • Güclü analitik və məntiqi düşüncə bacarıqları;
  • Analitik düşüncə, dəyərləndirmə, vaxtında doğru qərar qəbul etməyi bilməli;
  • Hərbi xidməti başa vurmuş, fiziki cəhətdən sağlam olmalı;
  • Mühafizə barədə ilkin biliklərə malik olmalı.


  İş təcrübəsi:

  • Mühafizə sahəsində minimum 1 il iş təcrübəsinin olması arzuolunandır.


Təhsil:

  • Orta ixtisas və ya tam orta təhsil.

Vakansiya haqqında

Son tarix

November 13, 2025

Paylaşılıb

oktyabr 14, 2025

Vakansiya növü

Tam ştat

Vəzifə dərəcəsi

Orta səviyyəli

Təhsil

Peşə təhsili

Kateqoriya

Xidmət sahələri