Prime Cotton
Ana səhifə
/
/
/
İnventar nəzarətçisi (Sabirabad Regional İFT ofisi)

İnventar nəzarətçisi (Sabirabad Regional İFT ofisi)

  • Prime Cotton
  • Sabirabad şəhəri Heydər Əliyev pr.2
  • Tam ştat

Bu gün

2

Təsvir

  • Müəssisənin inventar aktivlərinin alınması, hərəkəti, istifadəsi, dəyişdirilməsi, istismardan çıxarılması və silinməsi proseslərinə nəzarəti həyata keçirmək;
  • İnventar aktivlərinin səmərəli və təyinatı üzrə istifadəsini təmin etmək, əsassız alışların, lazımsız dəyişdirmələrin, itkilərin və sui-istifadə hallarının qarşısını almaq;
  • Müəssisəyə daxil olan inventarların faktiki qəbulunu, qeydiyyatını və aidiyyəti şəxslərə təhvil verilməsini nəzarətdə saxlamaq;
  • Alınmış inventarların sifariş, satınalma sənədləri və faktiki ehtiyacla uyğunluğunu yoxlamaq;
  • İstismar müddəti davam edən inventarların əsassız yenilənməsi və ya dəyişdirilməsi hallarının qarşısını almaq;
  • Yeni inventarın alınması və ya mövcud inventarın dəyişdirilməsi ilə bağlı təqdim edilmiş müraciətlərin əsaslılığını qiymətləndirmək;
  • Müəssisənin inventar aktivləri üzrə dövri inventarizasiya və audit yoxlamalarında iştirak etmək.

Tələblər

  • Ali təhsil (İdarəetmə, Logistika, Mühasibat uçotu, Biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə təhsil arzuolunandır);
  • İnventar uçotu, anbar əməliyyatları, daxili nəzarət, audit sahəsində biliklər;
  • Microsoft Office proqramlarında, xüsusilə Excel proqramında sərbəst işləmək bacarığı;
  • İnventarizasiya, aktlaşdırma, hesabat və digər əlaqəli sənədlərin hazırlanması bacarığı;
  • Obyektiv qərarvermə və qərəzsiz qiymətləndirmə bacarığı.

Vakansiya haqqında

Son tarix

October 2, 2026

Paylaşılıb

sentyabr 2, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə