Şirkətin biznes proseslərini təhlil etmək, biznes proseslərdə təkmilləşdirmə imkanları, avtomatlaşdırma və rəqəmsallaşma ehtiyaclarını müəyyən etmək;
Şirkətin fəaliyyəti ilə bağlı biznes proseslərin optimallaşdırılması və avtomatlaşdırılması ilə bağlı layihələrdə iştirak etmək və belə layihələri idarə etmək;
Şirkətin biznes ehtiyacları ilə əlaqədar İT həllərinin araşdırılması, alternativlərin müqayisəsi və seçimi prosesində texniki komanda ilə əməkdaşlıq etmək və dəstək göstərmək;
İT həllərinin inkişaf etdirilməsi və tətbiq olunması ilə bağlı biznes və texniki tələbləri (funksional və qeyri-funksional tələblər) müəyyən etmək;
Müəyyən edilmiş tələblər əsasında İT həllərinin inkişaf etdirilməsi ilə bağlı texniki tapşırıqların hazırlanması, texniki tapşırıqların müvafiq qaydada razılaşdırılması və təsdiq olunmasını təmin etmək;
Müəyyən edilmiş tələblər əsasında İT həllərinin dizayn edilməsi istiqamətində texniki komanda ilə əməkdaşlıq etmək və prosesin icrasına dəstək göstərmək;
Müəyyən edilmiş tələblər əsasında daxili texniki komanda və ya kənar təchizatçı tərəfindən İT həllərinin inkişaf etdirilməsi və tətbiqi ilə bağlı işlərin icrasına dəstək göstərmək;
Müəyyən edilmiş tələblər əsasında daxili texniki komanda üçün tapşırıqların müəyyən edilməsi və tapşırıqların icrasının planlaşdırılmasını təmin etmək;
Daxili texniki komanda tərəfindən verilmiş tapşırıqların icra statusuna nəzarət etmək və tapşırıqların icrası üzrə hesabatlığı təmin etmək;
İT həllərinin inkişaf etdirilməsi və tətbiqi ilə bağlı biznes və texniki komandanı əlaqələndirmək;
İT həllərinin inkişaf etdirilməsi və tətbiqi ilə işlərin bağlı işlərin izlənilməsi, işlərinin icrası zamanı ortaya çıxan problemlərin həlli üçün müvafiq tədbirlərin görülməsini təşkil etmək;
Müəyyən edilmiş tələblər əsasında hazırlanmış İT həllərinin test olunması üçün test ssenarilərinin formalaşdırılmasını təmin etmək;
Müəyyən edilmiş tələblər əsasında hazırlanmış İT həllərinin istifadəçi testlərini təşkil etmək, testlər nəticəsində aşkar edilmiş problemlərin aradan qaldırılmasını təmin etmək;
Müəyyən edilmiş tələblər əsasında hazırlanmış İT həllərinin tətbiq olunmasını təmin etmək və keçid prosesində dəstək göstərmək;
İT həllərinin istifadəsi ilə bağlı təlimatların hazırlanması və təlimlərin keçirilməsini təmin etmək;
Şirkətin rəqəmsallaşma strategiyasının icrasına vəzifə öhdəlikləri çərçivəsində dəstək göstərmək, İT sistemlərinin şirkətin biznes prosesləri ilə uyğunluğunu təmin etmək;
Mövcud İT sistemlərinin performansı və effektivliyini qiymətləndirmək, təkmilləşdirmə imkanlarını müəyyən etmək və bu istiqamətdə tövsiyələr vermək;
Bazar tendensiyaları və texnoloji yeniliklər barədə məlumatlı olmaq və şirkətin rəqabət üstünlüyünü artırmaq üçün yeni həllər təklif etmək.
Tələblər
İT, Biznes və ya əlaqəli sahədə bakalavr dərəcəsi;
Kənd təsərrüfatı sahəsində biznes analizi üzrə təcrübə (üstünlük kimi);
Kənd təsərrüfatı prosesləri barədə biliklər;
SQL və BPMN kimi alətlərdə peşəkar səviyyədə biliklər;