Prime Cotton
Ana səhifə
/
/
/
Kargüzar (Yevlax İFT)

Kargüzar (Yevlax İFT)

Dünən

199

Təsvir

  • Rəhbərliyin göstərişi ilə məktublar hazırlamaq;
  • Korrespondensiyanı qəbul etmək, qeydiyyatdan keçirmək və müvafiq bölmələrə göndərmək;
  • İcra olunmuş sənədləri ünvanlarına yola salmaq, alınmış və yola salınmış korrespondensiyanın uçotunu aparmaq, cari arxivin sənədlərini sistemləşdirmək və mühafizə etmək;
  • Daxil olmuş və göndəriləcək korrespondensiyanın vaxtlı-vaxtında emalını, onların yerlərə çatdırılmasını təmin etmək, müntəzəm olaraq sənədlərin icra müddətlərinə və düzgün rəsmiləşdirilməsinə nəzarət etmək;
  • Sənədli materialların qəbulu, o cümlədən rəhbərliyin sərəncam və əmrlərinin qeydiyyatının aparılması və müvafiq struktur bölmələrinə verilməsini təşkil etmək;
  • Xidməti sənədlərin çap olunmasını və çoxaldılmasını təmin etmək;
  • Rəhbərliyin çağırdığı müşavirələrin hazırlanmasında iştirak etmək, onlara texniki xidməti təşkil etmək və qeydiyyatını aparmaq;
  • Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsində, ezamiyyətə gələn işçilərin qeydə alınmasında iştirak etmək;
  • Müəssisədə arxiv işinin təşkili və aparılmasına rəhbərlik etmək;
  • Müəyyən olunmuş qaydaya müvafiq olaraq sənədlərin qəbulunu, qeydiyyatını, sistemləşdirilməsini, mühafizəsini və istifadə olunmasını təmin etmək;
  • Arxiv sənədlərində olan məlumatlar əsasında lazımi arayışların hazırlanmasını təşkil etmək, müəyyən olunmuş hesabatı tərtib etmək.

Tələblər

  • Şifahi və yazılı ünsiyyət bacarıqları;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinin əsaslarını bilməlidir;
  • Müəssisə, idarə və təşkilatlarda kargüzarlığın aparılmasına dair normativ sənədlərin tələblərini bilməlidir;
  • Kargüzarlığın vahid dövlət sisteminin əsaslarını bilməlidir;
  • Təşkilati göstəriş sənədlərinin vahid şəkilə salınmış sistem standartlarını bilməlidir.

Vakansiya haqqında

Son tarix

July 24, 2025

Paylaşılıb

iyun 24, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı