Prime Cotton
Ana səhifə
/
/
/
Keyfiyyətə nəzarət inspektoru

Keyfiyyətə nəzarət inspektoru

11-09-2025

395

Təsvir

  • Cəmiyyətin təsdiq etdiyi yoxlama və sınaq planına uyğun yoxlamaların aparılması, tələb olunan sənədlərin doldurulması, hesabatların hazırlanması və müvafiq server qovluğunda saxlanması; 
  • Cəmiyyətdə istifadə olunan ölçmə avadanlıqlarının nasazlığı zamanı kalibrasiya laboratoriyasına sorğunun yaradılması; 
  • Cəmiyyətə daxil olan mal-materialın tələblərə uyğunluğunu və tamlığını (xarici zədələr) yoxlanması və rəy bildirilməsi; 
  • Mal-materialın və hazır məhsulun anbarlarda saxlanması prosedurunun tələblərinə riayət olunmasının yoxlanılması; 
  • Keyfiyyətə nəzarət prosedurlarının tətbiq edilməsi; 
  • Cəmiyyətin fəaliyyətindən irəli gələn yerli qanunvericilik və Cəmiyyətin təsdiq etdiyi bütün siyasət, prosedur, təlimat, kodeks, qayda və əmrlərin tələblərinə riayət edilməsi; 
  • Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə aylıq hesabatın hazırlayıb təqdim edilməsi; 
  • İş prosesindən yaranan zəruriyyət nəticəsində konkret tapşırıq və ya göstərişin yerinə yetirilməsi; 
  • Cəmiyyətin müəyyən edilmiş zaman aralığında təsdiq etdiyi müşahidə/ nəzarət- yoxlamalarının aparılması, müvafiq formaların doldurulması, hesabatların hazırlanması və müvafiq server qovluğunda saxlanması. 

Tələblər

  • Müvafiq sahədə ən az 1 il iş təcrübəsi; 
  • ISO 9001:2015; 
  • 14001:2015 və 45001:2018 üzrə sertifikatların olması üstünlükdür. 
  • İngilis dili - B2
  • Sürücülük vəsiqəsi

Vakansiya haqqında

Son tarix

October 21, 2025

Paylaşılıb

sentyabr 11, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya here

Sənaye və Kənd Təsərrüfatı