Prime Cotton
Ana səhifə
/
/
/
Keyfiyyətə nəzarət üzrə kiçik mütəxəssis

Keyfiyyətə nəzarət üzrə kiçik mütəxəssis

Bu gün

86

Təsvir

  • Təsdiq edilmiş yoxlama və sınaq planına (ITP) uyğun olaraq yoxlamaların aparılması, tələb olunan sənədlərin doldurulması, hesabatların hazırlanması və müvafiq server qovluğunda saxlanılması;
  • İstehsal/emal proseslərinə nəzarət edilməsi;
  • Daxil olan mal-materialın tələblərə uyğunluğunun və tamlığının (xarici zədələrin) yoxlanılması;
  • Keyfiyyətə nəzarət prosedurlarının tətbiq edilməsi;
  • Fəaliyyətindən irəli gələn yerli qanunvericiliyin, həmçinin Cəmiyyətin təsdiq etdiyi bütün siyasət, prosedur, təlimat, kodeks, qayda və əmrlərin tələblərinə riayət olunması;
  • Mal-materialın və hazır məhsulun anbarlarda saxlanması prosedurlarının tələblərinə riayət olunmasına nəzarət edilməsi;
  • Müəyyən edilmiş zaman aralığında təsdiq olunmuş müşahidə və nəzarət-yoxlamalarının aparılması, müvafiq formaların doldurulması, hesabatların hazırlanması və müvafiq server qovluğunda saxlanılması.

Tələblər

  • Sahə üzrə ən azı 1 il iş təcrübəsi;
  • ISO 9001:2015 sertifikatı;
  • İngilis dili biliyi;
  • Kənd təsərrüfatı sahəsində təcrübə üstünlükdür;
  • Komandada işləmə, əməkdaşlıq və effektiv ünsiyyət qurmaq bacarığı;
  • Məsuliyyətlilik, detallara diqqət və vaxtın düzgün idarə edilməsi bacarığı;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Hesabatların hazırlanması və sənədləşmə işlərində dəqiqlik.

Vakansiya haqqında

Son tarix

October 1, 2025

Paylaşılıb

avqust 22, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Kateqoriya here

Sənaye və Kənd Təsərrüfatı