Prime Cotton

Kiçik aqronom

Bu gün

102

Təsvir

  • Əkindən öncə seçilən torpağın hər hektarına düşən məhsuldarlıq normasını müəyyən etmək, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltmək və torpağın münbitliyini artırmaq üçün lazımi tədbirlər görmək;
  • Aqrotexniki tədbirləri həyata keçirmək, alaq otlarının təmizlənməsi, suvarma işlərinin təşkili və su itkisinin azaldılmasını təmin etmək;
  • Torpağın kimyəvi analizini aparmaq, bitkinin inkişaf fazasına uyğun yemləmə rasionlarını (gübrələmə, mineral maddələrin verilməsi və s.) müəyyən etmək;
  • Bitkinin bioloji yetişkənlik dövrünü müəyyənləşdirmək, xəstəlik və zərərvericilərə qarşı kimyəvi və mexaniki mübarizə tədbirləri görmək;
  • Kənd təsərrüfatına yararlı sahələrdən, işçi qüvvəsindən və texnikadan səmərəli istifadə olunmasını təmin etmək, əməyin düzgün təşkili və iş normalarının yerinə yetirilməsini təmin etmək;
  • Toxum çeşidləri haqqında məlumatlı olmaq, torpaq və hava temperaturuna uyğun toxum seçimini və səpin müddətini müəyyənləşdirmək;
  • Kənd təsərrüfatı bitkilərinin gübrələmə, dərmanlama və suvarma rejimləri üzrə proqramlar hazırlamaq;
  • Bitkinin vegetativ inkişafına uyğun kultivasiya (bəsləmə) və yemləmə qaydalarına əməl etmək;
  • Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərinə qarşı mübarizə tədbirləri ilə bağlı təkliflər irəli sürmək və tədbirlərin həyata keçirilməsində iştirak etmək;
  • Torpağın vaxtında əkinə hazırlanmasını, məhsulun becərilməsini və yığılmasını təmin etmək;
  • Həyata keçirilən işlərin hesabatlılığını aparmaq.

Tələblər

  • Təhsil: Ali təhsil;
  • Təcrübə: Tələb olunmur;
  • Kompüter bilikləri: MS Office proqramlarını bilmək (üstünlükdür)

Vakansiya haqqında

Son tarix

October 15, 2025

Paylaşılıb

sentyabr 5, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya here

Sənaye və Kənd Təsərrüfatı